Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:12

Cəbhəçinin oğlundan sonra atasını da həbs etdilər


Təzəxan Mirələmli
Təzəxan Mirələmli
-
Məhərrəm Mirələmov 13 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Bu haqda onun vəkili Mənsum Bayramov AzadlıqRadiosuna deyib.

Vəkil bildirib ki, onların çoxsaylı vəsatətləri və yüngülləşdirici hallar nəzərə alınmadığı üçün hökmdən apellyasiya şikayəti verəcək:

«Məhərrəm Mirələmov əvvəllər məhkum edilməyib, özü də xanımı da yaşlı və xəstədir. Bu hallar yüngülləşdirici hal kimi nəzərə alınmalı idi. Amma alınmadı. Şikayət verəcəyik».

TƏZƏXAN MİRƏLƏMLİ ÖZÜNÜ YANDIRMAQ İSTƏYİB

AXCP-nin Cəlilabad rayon təşkilatının sədri Təzəxan Mirələmlinin atası narkotik alverində ittiham olunur.

Bu haqda AzadlıqRadiosuna Təzəxan Mirələmli özü məlumat verib.

Təzəxan Mirələmli deyir ki, atası narkotik alveri ilə məşğul olmayıb, ona sadəcə böhtan atırlar.

DİN-in mətbuat xidmətinin əməkdaşı Ehsan Zahidov isə AzadlıqRadiosuna bildirib ki, Azərbaycanda heç kim əsassız həbs olunmur:

«O dediyiniz şəxsin atası konkret faktla narkotik işi üzrə tutulub. Bunu təsdiqləyən şahid ifadələri və başqa sübutlar da var».

Təzəxan Mirələmli baş verənlərə görə özünü yandırmaq istəsə də, buna imkan verilmədiyini deyir.

AXCP-çinin oğlu Vasif Mirələmli də həbsdədir. O, məktəb yoldaşını bıçaqlayaraq öldürməkdə ittiham olunur və 8 il müddətinə azadlıqdan məhrum edilib.

Vasif Mirələmli bildirir ki, atası İctimai Palatanın etiraz aksiyalarında iştirak etdiyinə görə məktəb yoldaşları onu təhqir ediblər. Buna görə də, həmin addımı atmağa vadar olub.
XS
SM
MD
LG