Keçid linkləri

Təcili xəbərlər
2021, 10 May, Bazar ertəsi, Bakı vaxtı 03:15

Təzəxan Mirələmli azadlığa buraxılıb


AXCP Cəlilabad rayon təşkilatının sədri Təzəxan Mirələmli azadlığa buraxılıb. Bu barədə AzadlıqRadiosuna Təzəxan Mirələmli özü məlumat verib.
Onun sözlərinə görə, dekabrın 26-ı saat 17.50 dəqiqədə, yəni ona verilən 10 günlük həbs cəzasının bitmə vaxtında Lənkəran rayon polis şöbəsinin müvəqqəti saxlanma təcridxanasından buraxılıb.
Təzəxan Mirələmli dekabrın 15-də oğlunun məhkəməsində düşən davaya görə, İnzibati Xətalar Məcəlləsinin 296-cı (ictimai asayişi pozmaq) maddəsilə təqsirli bilinib. Onun azyaşlı oğlu məktəbli yaşıdını öldürməkdə suçlandırılır.
XS
SM
MD
LG