Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:46

AXCP üzvü Təzəxan Mirələmlinin oğlu həbsxanada aclıq aksiyasına başlayıb


Müxalifətin etiraz aksiyalarından birində döyülmüş AXCP fəalı Təzəxan Mirələmli
Müxalifətin etiraz aksiyalarından birində döyülmüş AXCP fəalı Təzəxan Mirələmli
AXCP Cəlilabad şöbəsinin sədri Təzəxan Mirələmli həbs olunmuş oğlunun aclıq aksiyasına başladığını bildirib.

O, AzadlıqRadiosuna deyib ki, Bakının Şüvəlan qəsəbəsində yerləşən 3 sayli təcridxanadan onlara oğlu Vasifin 2 gündür yemekdən imtina etdiyini bildiriblər.

Təzəxan Mirələmli deyir ki, bu Şirvan Apelyasiya məhkəməsinin qərəzli qərarıyla bağlıdır.

Onun sözlərinə görə, iyulun 6-da Şirvan Apelyasiya məhkəməsi onların şikayətinə baxıb və qaldırdıqları vəsatətlərin heç birini təmin etməyib.

Istirahət günü olduğu üçün Ədliyyə Nazirliyinin Penitensiar xidməti ilə əlaqə saxlaya bilmədik.

Lənkəran Ağır Cinayətlər Məhkəməsi 16 yaşlı Vasif Mirələmovu 8 il azadlıqdan məhrum edib.

O, həmyaşıdını qətlə yetirməkdə günahkar bilinir.
XS
SM
MD
LG