Keçid linkləri

2024, 14 May, çərşənbə axşamı, Bakı vaxtı 05:39

Təzəxan Mirələmovun oğlu 8 il iş aldı


Generic -- Handcuffs, undated
Generic -- Handcuffs, undated
Məktəb yoldaşını bıçaqlamaqda təqsirli bilinən 16 yaşlı Vasif Mirələmov 8 il müddətinə azadlıqdan məhrum edilib.

Bu haqda hökm fevralın 15-də Lənkəran Ağır Cinayətlər Məhkəməsində çıxarılıb.

Məlumatı AzadlıqRadiosuna onun atası, Xalq Cəbhəsi Partiyasının Cəlilabad rayon təşkilatının sədri Təzəxan Mirələmov verib.

Təzəxan Mirələmov apellyasiya şikayəti verəcəyini deyir:

«Qərar tezbazar verildi. Dövlət ittihamçısı ən ağır iş istədi – 8 il. Bu işdə ağırlaşdırıcı hal yoxdur. Bu halda ona az iş verilə bilərdi. Hakim bizə oğlumla görüş vermədi. Amma məhkəmə zalında qısa söhbətdə dedi ki, ata, evdəkilərə de darıxmasınlar. Özü bizə təsəlli verirdi».

Vasif Mirələmov Cəlilabadın Şatırlı kənd sakini, 7 saylı orta məktəbin şagirdi Cavanşir Həsənliyə bıçaqla ağır xəsarət yetirməkdə təqsirli bilinirdi. Hadisə ötən il aprelin 5-də baş verib.
Təzəxan Mirələmov
Təzəxan Mirələmov
Cavanşir Həsənli Cəlilabad Mərkəzi rayon Xəstəxanasına aparılarkən yolda vəfat edib. Səbəb çoxlu qan itirməsi olub.

Cavanşir Həsənli rayon polis şöbəsinin keçmiş əməkdaşı Həsən Həsənlinin oğludur.

Təzəxan Mirələmov deyir ki, məktəb yoldaşları oğluna atası müxalifətçi olduğuna görə lağ edirmişlər. Nəticədə onlar dalaşıblar.

Hadisə zamanı Təzəxan Mirələmli Bakıdakı xəstəxanaların birində müalicə alırdı. O, İctimai Palatanın aksiyasında polis tərəfindən zorakılığa məruz qalmışdı.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG