Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 11:59

2 nəfər aksiya iştirakçısı xəstəxanadadır


Təzəxan Mirələmli. Foto: Elmin Həsənli
Təzəxan Mirələmli. Foto: Elmin Həsənli

«SOL GÖZÜM CİDDİ ZƏDƏLƏNİB, GÖRMÜRƏM, BARMAĞIM SINIB»


AXCP-nin Cəlilabad rayon təşkilatının sədri Təzəxan Mirələmli aprelin 2-də gecə saatlarında Bakının Səbael polis idarəsindən xəstəxanaya aparılıb. O, AzadlıqRadiosuna bildirib ki, hazırda 1 saylı Kliniki Xəstəxanadır, vəziyyəti kafidir:

«Sol gözüm ciddi zədələnib, görmürəm, barmağım sınıb, böyrəyimdə problemlər yaranıb, bədənim bütün qançır içindədir». Təzəxan Mirələmli deyir ki, o, İctimai Palatanın şənbə mitinqində Fəvvarələr meydanında saxlanıb və polis maşınına mindirilən zaman onu dəyənklərlə döyüblər: «Polis idarəsində də izahatımda bunları yazdım və məhkəmə-tibbi ekspertiza tələb elədim. Ekspertiza gəldi, gözlə müayinə elədi və bədənimdə görünən zədələri yazdı».

AXCP sədrinin köməkçisi Faiq Əmirov Azadlıq Radiosuna bildirib ki, bu partiyanın Ali Məclisinin sədri Həsən Kərimov da polis idarəsində infarkt keçirdib. Hazırda o, 4 saylı şəhər xəstxanasında polis nəzarətindədir. Vəziyyəti sabitdir.

«HEÇ BİR TİBBİ YARDIM GÖSTƏRMƏDİLƏR..»


AXCP mətbuat xidmətindən verilən məlumata görə, bu partiyanın funksionerlərindən Ramiz Kamala qarşı da xüsusi zorakılıq göstərilib və onun qolu sınıb. Ramiz Kamalın özü də mətbuat xidmətinin məlumatını təsdiq edir: «Məni polis idarəsinə apardılar, heç bir tibbi yardım göstərmədilər».

Səbael rayon polsindən isə bu faktı təsdiqləməyiblər.

Aprelin 3-də polisdəın sərbəst buraxılan Ramiz Kamal həkimə müraciət edəcəyini deyir.

DİN-in yaydığı rəsmi açıqlamada isə aksiya zamanı 10-dan çox polisin xəsarət aldığı bildirilib.

2 APREL MİTİNQİNƏ GÖRƏ KİMLƏR HAQDA CİNAYƏT İŞİ AÇILIB?


Barəsində cinayət işi açılan 5 nəfərin şəxsiyyəti dəqiqləşdirilməkdədir. Müxalif düşərgədə bunların Müsavat İcra Aparatının rəhbəri Arif Hacılı, bu partiyanın gənclər təşkilatının sədri Tural Abbaslı , AXCP sədrinin müavini Fuad Qəhrəmanlı və bu partiyanın başqa bir funksioneri Şahin Həsənlidir. 5-ci şəxsin kimliyi ilə bağlı isə böyük şübhələr var. Üstəlik Şahin Həsənli də 2 aprel aksiyasından əvvəl həbs edilib.

Bütün bunlarla bağlı AzadlıqRadiosuna Müsavat Partiyası başqanının müavini Məclis Gülağa Aslanlı məlumat verib.

AXCP sədrinin köməkçisi Faiq Əmirov isə güman edir ki, barəsində cinayət işi açılan 5-ci şəxs, AXCP Ali Məclisinin sədri Həsən Kərimovdur.

İctimai Palatanın 2 aprel mitinqi başa çatdıqdan bir qədər sonra AXCP-dən AzadlıqRadiosuna bildirmişdilər ki, Həsən Kərimov və bu partiyanın Rəyasət Heyətinin üzvü Rövşən Quliyevin mənzilinin qapısı sındırılaraq zorla Səbail rayon Polis İdarəsinə aparılıb.

DAXİLİ İŞLƏR NAZİRLİYİ BİLDİRİB Kİ...

Aprelin 2-də axşam Daxili İşlər Nazirliyi bildirib ki, İctimai Palatanın qeyri qanuni aksiyaya cəhdi zamanı şübhəli şəxs qismində 5 nəfər saxlanılıb. Həmçinin, ictimai qaydanı pozan hərəkətlərə yol vermiş daha 70 nəfər barəsində polis və məhkəmələr tərəfindən inzibati tənbeh tədbirləri tətbiq edilib. Fakt üzrə Bakı şəhər Prokurorluğu cinayət məcəlləsinin 233-cü (İctimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) və 315-ci (Hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddə ilə cinayət işi başlayıb.


Rəsmi qurumlar hələ ki, kimlər haqqında cinayət işi açıldığını bildirmirlər.

İctimai Palata isə hesab edir ki, 2 aprel aksiyası zamanı iştirakçılardan üst-üstə 150-yə yaxın şəxs saxlanıb.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG