Keçid linkləri

2024, 17 Aprel, çərşənbə, Bakı vaxtı 03:50

Dünyanın ən hündür TV qülləsi açıldı


Tokyo Sky Tree
Tokyo Sky Tree
Yaponiyanın paytaxtı Tokioda dünyanın ən hündür televiziya qülləsi istifadəyə verildi - Tokyo Sky Tree (Tokio Səma Ağacı).

Ginnesin rekordlar kitabına düşən qüllənin hündürlüyü 634 metrdir.

Qüllə həm də yaponlar və turistlər üçün maraqlı istirahət və əyləncə mərkəzidir.

Burada çoxlu sayda restoran və dükan da var.

Şəhəri bütün gözəlliyi ilə seyr etmək üçün qüllədə iki böyük meydança da var.

Şəhər rəhbərliyi ümid edir ki, paytaxtda və ətrafında teleradio yayımının keyfiyyətini artırmaqla yanaşı yeni qüllə Tokionun simvoluna çevriləcək.

Parisin Eyfel qülləsi aramsız olaraq turist qəbul etdiyi kimi Tokionun Səma Ağacı da belə bir cəlbediciliyə malik olacaq.

Qüllənin açılış günü onu 8 min nəfər ziyarət edib.

Qüllənin tikintisi yarım milyard dollardan baha başa gəlib.

TV qülləsi üçün əvvəlki rekord Çinin Guangzhou şəhərindəki Canton qülləsinə məxsus idi - 600 metr.

Tokyo Sky Tree

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG