Sürücülüyü öyrənmək istəyən qadınlar Bakıdakı «Tefl» Tədris Mərkəzində yığışır. Aralarında tələbələr də var, işləyənlər də, evdar qadınlar da. Mərkəzin direktoru Ulduz İlyasova deyir ki, burda müxtəlif kurslar fəaliyyət göstərir. Təkcə sürücülük kursları ancaq qadınlar üçündür.