Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 16:34

Dünya Havellə vidalaşdı (VİDEO)


Praqa Qəsrində Havel üçün dəfn mərasimi təşkil edilib
Gözlə

No media source currently available

0:00 0:01:47 0:00

Dekabrın 23-də Praqa qəsrində Çex Respublikasının keçmiş prezidenti və dissident, dekabrın 18-də 75 yaşında vəfat netmiş Vaclav Havelin dəfn mərasimi təşkil edilib. Mərasimə dünyanın 50-ə yaxın ölkəsindən prezidentlər, hökumət başçıları iştirak ediblər. A

Havelin yandırılmış cəsədinin külünün Milad bayramından sonra ailə qəbirlərindən birinə yerləşdirilməsi gözlənir.
Bu gün – dekabrın 23-də Çex Respublikası keçmiş dissident prezidenti Vaclav Havellə vida mərasimi keçirib.
Dekabrın 18-də 75 yaşında vəfat etmiş Havel üçün ölkədə üç gün matəm elan edilib, bu gün isə Vit kilsəsində geniş vida mərasimi təşkil edilib. Mərasim zamanı kilsələrdən zənglər vurulub.
Mərasimdə Praqa arxiyepiskopu Dominik Duka kommunist hakimiyyəti illərində Havellə birlikdə həbsdə olduqları zaman neçə şahmat oynadıqlarından danışıb. O, həbsxanada dövründəki birgə yaşayışları və bugünkü azadlığı üçün Havelə təşəkkür etdiyini deyib.

Dəfn mərasimində dünyanın 50 ölkəsindən yüksək vəzifəli şəxslər, 15 dövlətin prezidenti iştirak edib. Onların arasında Fransanın, Almaniyanın, Gürcüstanın prezidentləri, ABŞ-ın indiki və keçmiş Dövlət katibləri, Polşanın keçmiş prezidenti Lech Walesa da vardı.
Çexiyada doğulmuş ABŞ-ın keçmiş Dövlət Katibi Madeleine Albright mərasimdə çex dilində duyğulu bir çıxış edib:
- Mən onunla dost olduğuma görə fəxr edirdim. Ondan ötrü darıxacağıq, heç vaxt onu unutmayacağıq.
Vaclav Havellə vida mərasiminə toplaşanlar
Vaclav Havellə vida mərasiminə toplaşanlar
Kilsənin çölündə minlərlə Praqa sakini bayırda quraşdırılan böyük ekranda mərasimi izləyiblər.
Onlardan biri olan Vernoka deyir ki, Havel onun üçün çox şey idi, indi Allahdan arzu edir ki, onun ölümü ilə bu ölkəyə gətirdiyi dəyərlər də aradan qalxmasın:
- Ümid edirəm ki, bizim liderlərimiz onun irsini unutmayacaqlar. Beləliklə, Havel onun bizə göstərdiyi amallara çatıncaya qədər bizimlə qalacaq.
Günün sonunda Havelin ailə üzvləri və dostlarının iştirakı ilə Praqadakı qəbirstanlıqlardan birində özəl mərasim keçirilib. Havelin yandırılmış cəsədinin külünün isə Milad bayramından sonra ailə qəbirlərindən birinə yerləşdirilməsi gözlənir.
İxtisasca dramaturq olan Vaclav Havel Çexoslovakiyada kommunist hakimiyyəti illərində təqiblərə məruz qalıb. Azadlıq çarçısı, dissident kimi tanınıb. 1990-cı illərində əvvələrində Çexoslovakiyada məxməri inqilaba rəhbərlik edib, həmin inqilabla kommunist hakimiyyətinə son qoyulub. 1993-cü ildən 2003-cü ilə qədər Çex Respublikasının prezidenti olub.
Havel kommunist hakimiyyəti illərində həbsxanada yatarkən sağlamlığını itirib. 1996-cı ildə ağ ciyər xərçəngindən cərrahiyyə əməliyyatı olub.
Ciddi siyasi qərarların qəbulunda olduqca qətiyyətli olan Havel həm də çox güclü yumor hissinə malik bir şəxs kimi tanınıb. O, prezident olduğu dövrdə Praqa Qəsrinin – prezident sarayının binasının başına böyük qırmızı ürək fiquru asdırıb. Prezident sarayının dəhlizlərində isə diyirçəkli arabada gəzirmiş. Rok musiqisinin vurğunu imiş.
Elə buna görə Havellə bugünkü vida mərasimi də gecə Praqadakı Lucerna görüş yerində rok musiqisi, qarışıq mədəni tədbirlərlə başa çatacaq.
XS
SM
MD
LG