Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 16:05

Məşhur dissident, çex dramaturqu Vaclav Havel vəfat etdi


Vaslav Havel
Vaslav Havel
Keçmiş Cexiya prezidenti, kommunist erasının tanınmış dissidenti, dramaturq Vaslav Havel 75 yaşında vəfat edib.

Bu barədə Çexiya mətbuatı xəbər verir.

1996-cı ildə Havelin ağciyərində əməliyyat aparılıb.

Bundan sonra eks-prezidentin ağciyəri və yuxarı tənəffüs yollarında problemlər yaranmışdı.

Vaslav Havel 1936-cı ildə Praqada zəngin biznesmen ailəsində anadan olub.

Onun ailəsi varidatını tikinti və kino biznesi ilə qazanmışdı.

Burjua əsilli olduğu üçün sosialist Çexoslovakiyasında uzun müddət ona istədiyi dolğun humanitar təhsil almağa imkan verilməyib.

O, peşə məktəbində "kimyaçı-laborant" ixtisası üzrə təhsil alıb.

30 yaşında - 1966-cı ildə Praqa İncəsənət Akademiyasında teatr fakültəsini qiyabi bitirir.

Havel gəncliyində öncə ədəbi tənqidçi kimi tanınıb.

Daha sonra pyeslər yazmağa başlayıb.

1965-ci ildə o, "Tvarj" (Sima) ədəbi-bədii jurnalının redaksiya heyətinin üzvü olur.

Çexoslovakiya senzurasının onun ilk əsərlərinə qadağalar qoyması da həmin dövrə təsadüf edir.

Əsərlərinin xaricdə çapı onu Avropada tanıdır.

1968-ci ildə Sovet qoşunları Çexoslovakiyaya yeridiləndə və xalqın islahat istəyini boğanda buna qarşı etirazın önündə gedənlərdən biri də Havel olur.

Əsərlərinin xaricdə çapından gələn qonorar dissident yazıçıya imkan verir ki, uzun müddət hansısa dövlət işində çalışmadan yaşaya bilsin.

1979-cu ildə bir neçə başqa dissidentlə birlikdə Havelə qarşı təxribatçılıq ittihamı irəli sürülür.

1989-cu ildə Çexoslovakiyada baş vermiş "Məxməri inqilab"ın önündə "Vətəndaş forumu" hərəkatı gedirdi.

Onun təşəbbüskarlarından biri də Havel idi.

Siyasi arenada çox populyarlaşan Havel 1989-cu ildə Çexoslovakiyanın, 1993-cü ildə isə müstəqil Çexiyanın prezidenti seçilmişdi.

Ömrünün sonlarında daha çox bədii yaradıcılıqla məşğul idi.

oxuzalı.az

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG