Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 20:12

Vaslav Havelin kitabı Bakıda çap edildi


Bu günlərdə Bakıda Çexiyanın keçmiş prezidenti, məşhur dissident Vaslav Havelin “Gücsüzlərin Gücü” essesi çap edilib.

ANN.Az-ın verdiyi xəbərə görə, esselər toplusu olan “Gücsüzlərin Gücü” əsəri Azad Fikir Universitetinin maliyyə dəstəyi ilə nəşr edilib. Təkcə Çexiyanın deyil, bütünlükdə Şərqi Avropanın müstəqillik uğrunda mübarizəsində mühüm rol oynamış kitab dünyanın ən məşhur ideoloji əsərlərdən biri hesab edilir. İnsan azadlığı, bəşəri dəyərlər, fərdin təməl hüquqları kitabın əsas mövzudur. “Gücsüzlərin Gücü” əsəri insanları fəal vətəndaş olmağa, haqsızlığa qarşı vətəndaş mövqeyi göstərməyə səsləyir.

Əsəri Azərbaycan dilinə ingiliscədən Pərvanə Persiani, Rəşadət Axundov, Anar Məsimov, Nicat Qarayev, Fərid Əlibalayev və Samirə Nəcəf tərcümə ediblər. Redaktor isə gənc yazar Nərmin Kamaldır.

Qeyd edək ki, Çexiyanın keçmiş prezidenti Vaslav Havel əsərinin Azərbaycanda çap edilməsinə özü şəxsən razılıq verib.

Kitabda çexiyalı fotoqraf Tomki Nemetsin çəkdiyi fotodan istifadə edilib.

Kitab pulsuz paylanılır. Əsəri oxumağı arzu edənlər Azad Fikir Universitetinə müraciət edə bilərlər (http:www.azadfikir.org).

ANN.Az

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG