İlin hadisələrinin fotoxronikası.
2011-ci il fotolarda
50
Noyabrın 13-də Suriyanın Homs şəhərində prezident Bashar al-Assad rejimi əleyhinə etiraz aksiyası. BMT-nin təxminlərinə görə ilin əvvəlindən bu ölkədə rejim əleyhinə etirazlar başlayandan bu yana 5000 nəfərə yaxın adam həlak olub.
51
Noyabrın 28-də Misir parlamentinə seçkilər keçirilir. Paytaxtda bu seçicinin də barmağı rənglənib. Bu, fevralda hakimiyyədən qovulan Hosni Mubarak-dən sonra Misirdə ilk azad seçki hesab edilir.
52
NATO-nun yanlış hava zərbələri nəticəsində Pakistanın 24 əsgəri həlak olub. Noyabrın 29-da Pakistanda keçirilən etiraz aksiyasında bu uşaq da NATO-nun hava zərbələrinə qarşı şüar tutub.
53
Noyabrın 29-da Britaniyanın Tehrandakı səfirliyinə basqın edən tələbələrdən biri orada kraliça II Elizabeth-in portretini cırırlar. İranlı tələbələr bununla Britaniyanın İrana qarşı tətbiq etdiyi yeni sanksiyalara etiraz edirdilər.