İlin hadisələrinin fotoxronikası.
2011-ci il fotolarda
54
Əfqanıstanın paytaxtı Kabulda Aşura mərasimi zamanı törədilən partlayışdan saniyələr sonra. Dekabrın 6-da baş vermiş bu partlayışda azı 20 nəfər həlak oldu.
55
Dekabrın 6-da Moskvada Kreml tərəfdarı olan gənclər təşkilatının fəallarından biri parlament seçkisinin saxtalaşdırldığını deyən müxalifətin keçirdiyi etiraz aksiyasında iştirakçılardan birinə hücum edir.
56
Dekabrın 7-də Pakistanda sel basan ərazilərdə ağaclar hörümçək toru ilə örtülüb. Yerli sakinlər hörümçəklərin də seldən can qurtarmağa çalışdıqlarını deyirlər.
57
Dekabrın 10-da minlərlə adam son parlament seçkisinin nəticələrinin saxtalaşdırldığını deyən müxalifətin çağırışı ilə Rusiya paytaxtı Moskvanın küçələrinə çıxıblar.