Keçid linkləri

2024, 28 May, çərşənbə axşamı, Bakı vaxtı 15:51

Nazarbayevin varisi elan edildi


Qazaxıstan prezidenti Nursultan Nazarbayevin mümkün varisi onun kürəkəni Timur Kulibayevdir.

Nazarbayevin baş müşaviri Yermuxamet Yertisbayev iyulun 25-də Rusiyanın “Kommersant” qəzetinə deyib ki, əgər Nazarbayev qəfildən hakimiyyətdən getsə, ölkənin idarəçiliyini Qazaxıstanın nəhəng “Samruk-Kazina” holdinqinin rəhbəri, prezidentin ortancıl qızı Dinaranın əri Kulibayev öz üzərinə götürəcək.

İlk dəfədir ki, qazax rəsmiləri açıq şəkildə Nazarbayevin mümkün varisi haqda danışırlar.

Nazarbayev son həftələrdə rəsmi tədbirlərdə görünməmişdi. Rəsmi məlumata görə, prezident məzuniyyətə çıxıbmış.

Almaniyanın “Bild” qəzeti isə yazıb ki, Nazarbayev prostat vəzindən əməliyyat olunmaq üçün Almaniyada xəstəxanaya yerləşdirilib.

Yertisbayev bildirib ki, “prezidentin qəfildən hakimiyyətdən getməsi ilə bağlı fövqəladə vəziyyət yarandığı halda onun strateji kursunu Kulibatev davam etdirməyə qadirdir”.

Bir müddət yoxa çıxandan sonra Nazarbayev ötən həftənin cümə axşamı Astanada rəsmi tədbirdə iştirak edib.

Kulibayevin mümkün varis olması haqda söhbətlər çoxdan gedirdi.

Həmçinin oxu
İkinci kürəkən - yeni varis?
Goga Ashkenazi və prezidentin kürəkəni

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG