Keçid linkləri

2017, 23 İyul, bazar, Bakı vaxtı 08:56

Avropa ölkələrinin səfirləri Naxçıvanda olublar


Azərbaycanda akkreditə olunmuş 13 Avropa ölkəsi səfirliyinin nümayəndələri fevralın 22-də Naxçıvanda Resurs Mərkəzinin və Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun (RATİ) əməkdaşları ilə görüşüblər.

RATİ-nin Naxçıvandakı əməkdaşı Elman Abbasov AzadlıqRadiosuna bildirib ki,
görüş zamanı Naxçıvanda insan hüquqları ilə bağlı vəziyyət, söz və ifadə azadlığının pozulması müzakirə olunub.

Fevralın 21-də isə onlar Müsavat və Ümid partiyalarının təmsilçiləri və Ali Məclisin sədri Vasif Talıbovla görüşüblər.

Diplomatik nümayəndələr artıq Bakıya dönüblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG