Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 23:18

Yerevanda ekoloji fəlakət qorxusu


Nubareşen rayonu ərazisində 600 tonluq təhlükəli kimyəvi maddələr, o cümlədən DDT (dixloro difenil trixloro etan) tullantıları var.
Yaz hələ çox uzaqda görünür. Ancaq havalar istiləşən kimi Yerevanın yaxınlığında sovet dövründən qalmış zəhərli maddə tullantılarının yığıldığı zibillik ətraf mühit üçün fəlakət mənbəyinə çevrilə bilər.

Ermənistan ekoloqları həyəcan təbili çalırlar. Bir az eşələnmiş zibillik ötən il hələ də naməlum səbəblərdən sürüşməyə meyilli ərazidə yerləşir. Ətraf mühit mütəxəssisləri deyirlər ki, qar əriyən kimi, zəhərli tullantılar ətrafa yayılacaq.

Rəsmilər ərazini təmizlənməsi üçün xüsusi plan olduğunu bildirirlər. Ekoloqlar isə deyirlər ki, daha cəld tədbir görülməlidir.

Yerevanın mərkəzindən 12 km uzaqda, Nubareşen rayonu ərazisində 600 tonluq təhlükəli kimyəvi maddələr, o cümlədən DDT (dixloro difenil trixloro etan) tullantıları var.

80-ci illərdə burada 130x30 metr ölçüdə ərazi pestisidlərin basdırılması üçün ayrılıb. Ötən ilin martında bu ərazinin üz qatını təmizləmək üçün xüsusi yük maşınları gətirilmişdi. Ancaq onlar burda bir az işləyəndən sonra işi yarımçıq qoyub getdilər.

DANİMARKALI MÜTƏXƏSSİS ŞOKA DÜŞÜB

Danimarkalı pestisid mütəxəssisi, beynəlxalq HCH Pestisidlər Assosiasiyasının direktoru Сon Viyqen zibilliyin üst qatının ovulmasından sonra əraziyə başa çəkib.

Zəhərli maddələrlə dolu şüşələr, tullantılar, yeşiklər hər tərəfə səpələnib
O deyib ki, ərazini görəndə şoka düşüb. Onun sözlərinə görə, zəhərli maddələrlə dolu şüşələr, tullantılar, yeşiklər hər tərəfə səpələnib.

ATƏT-dən BMT-yə qədər müxtəlif beynəlxalq təşkilatlar Nubareşendəki problemin miqyasını müəyyənləşdirməyə çalışırlar. Ötən ilin iyulunda əraziyə baş çəkmiş baş nazir Tiqran Sarkisyan deyib ki, hökumət bu vəziyyətdən narahatdır. O söz verib ki, hökumət problemi birdəfəlik həll edəcək və heç kimdə burada hansısa təhlükənin olması şübhəsi qalmayacaq.

Bundan sonra hökumət yenidən pestisidləri basdırmaq, zibilliyin üstünü su keçirməyən örtüklə örtmək, ətrafını tikanlı məftillərlə hasarlamaq və xəbərdarlıq nişanları basdırmaq üçün 32 milyon dram (təxminən 88 min dollar) ayırıb.

ZİBİLLİK SÜRÜŞMƏ ZONASINDA YERLƏŞİR


Bəzi yerli ətraf mühit mütəxəssisləri bildirirlər ki, bu ehtiyat tədbirləri kifayət deyil. Muşavan və Jraşen kəndlərinin bir neçə kilometrliyində yerləşən zibillik sürüşmə zonasında yerləşir.

«Onlar zibilliyi nazik torpaq qatı ilə örtüblər. Ümid edirlər ki, pestisidlər tərpənməyəcək. Ancaq ağırlıq ərazidəki çatların getdikcə böyüməsinə və genişlənməsinə, nəticə etibarı ilə zibilliyin sürüşmə ərazisi olduğu üçün yavaş-yavaş hərəkət etməsinə səbəb olur» -
Pestisidlər təcili şəkildə düzgün basdırılmasa, onlar Yerevanı su ilə təmin edən kanallara düşə bilərlər
Bunu Səhiyyə və Sağlam Mühit Uğrunda Erməni Qadınlar Təşkilatının ekoloqu Lilik Simonyan deyir.

ÇATLAR DAHA DA GENİŞLƏNİB


Fövqəladə Hallar Nazirliyinin ötən ilin noyabrında apardığı monitorinqin nəticələri göstərib ki, zibillik ərazisindəki 30-35 sm ölçüdə olan çatlar daha da genişlənib.

Başqa bir ekoloq İnqa Zarafyan deyir ki, əgər pestisidlər təcili şəkildə düzgün basdırılmasa, onlar Yerevanı su ilə təmin edən kanallara düşə bilərlər. «Ötən hər gün təhlükəni daha da artırır» - deyə, Zarafyan bildirib.

ATƏT-in Yerevan ofisindəki ətraf mühit üzrə milli proqramın əməkdaşı Gohar Qazinyan narahatlığa əsas olması ilə razılaşır. O deyir ki, tullantılarla nə etmək üçün ATƏT ərazinin qiymətləndirilməsini aparacaq.

Dekabrın 14-də Ermənistan Milli Təhlükəsizlik Şurası bildirib ki, Ermənistan zəhərli kimyəvi maddələr və pestisidlərin işlənməsi ilə məşğul olan Polşanın «Ecotech» şirkəti ilə əməkdaşlıq edəcək. Təfərrüatlar haqqında isə məlumat verilməyib. Bu da ekoloqları pessimizmə sövq edir. Onlar bildirir ki, hökumət bu problem haqqında çoxdan məlumatlıdır.

«Yalnız fəlakət təhlükəsi son həddə çatanda bir tədbir görülür. Təcili tədbirlər görülməlidir. Əks halda biz olduqca mürəkkəb vəziyyətlə üz-üzə qalacağıq» - deyə, ekoloq Simonyan bildirir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG