Xalq artisti Faiq Ağayevi bıçaqlayan şəxs həbs edilib.
APA-ya Nəsimi rayon Polis İdarəsindən verilən məlumata görə, həmin şəxs Bakı şəhər sakini,1978-ci il təvəllüdlü Rüfət Məlikovdur. Məlumatda deyilir ki, istintaq qrupu tərəfindən dindirilən Rüfət Məlikov hadisəni aralarında yaranan mübahisə zəminində törətdiyini etiraf edib.
Polis idarəsindən saxlanılan digər şəxslərin adları açıqlanmayıb, amma onların araşdırmalar başa çatandan sonra sərbəst buraxılacağı bildirilib.
HADİSƏNİ TÖRƏDƏNLƏR AXTARILIR
Faiq Ağayevi bıçaqlayanlar hələ tutulmayıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzadlıqRadiosuna verilən məlumata görə, Faiq Ağayev sentyabrın 27-si səhər saatlarında Nəsimi rayonu ərazisində şəxsi avtomobili ilə gedərkən həmin yolla hərəkət edən “VAZ-2107” markalı avtomobilin sürücüsü və sərnişinləri ilə mübahisəsi düşüb.
Nəticədə “2107” markalı avtomobildə olan üç nəfər Faiq Ağayevə və onun yanında olan iki nəfərə çoxsaylı bıçaq xəsarətləri yetiriblər. Həmin şəxslər tez də hadisə yerindən uzaqlaşıblar.
İstintaq-əməliyyat qrupu həmin şəxslərin tutulması istiqamətində zəruri əməliyyat-axtarış tədbirlərini davam etdirir.
FAİQ AĞAYEV BIÇAQLANIB
Azərbaycanın xalq artisti Faiq Ağayev bıçaqlanıb. Bu barədə AzadlıqRadiosuna Klinik Tibbi Mərkəzdən (KTM) məlumat verilib. KTM-nin baş həkiminin müavini Adil Salahov deyib ki, F.Ağayev sentyabrın 27-i səhər saatlarında xəstəxanaya gətirilib, onun üzərində əməliyyat keçirilib.
Adil Salahov deyib ki, xalq artistinin səhhəti normaldır, ona vurulan bıçaq yaralarından yalnız biri təhlükəli olub.
APA-nın məlumatına görə, hadisə ötən gecə, keçmiş “Kubinka” adlanan ərazidə qeydə alınıb. Xalq artisti Faiq Ağayev, mühafizəçiləri Ramin Bayramov və Azər Musayev naməlum şəxslər tərəfindən bıçaqlanıb.F.Ağayevə 6 bıçaq vurulub. O, kürək nahiyəsindən 4, budundan 1, qarın nahiyəsindən də 1 xəsarət alıb. Hər üç yaralı əməliyyat olunub.
Hadisənin kimin tərəfindən hansı məqsədli törədildiyi hələlik məlum deyil.
Faktla bağlı Bakı şəhər Baş Polis İdarəsi məlumatlandırılıb. Hadisəni törədən şəxslərin tutulması istiqamətində polis tərəfindən əməliyyat-axtarış tədbirləri davam etdirilir.