Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 12:26

Həftədə bir dəfə ingilis dili, bir dəfə molla dərsi


Polis və sadə insanlar Düşənbədəki məscidə gedirlər
Polis və sadə insanlar Düşənbədəki məscidə gedirlər
«Mənim oğlum müəllim yanına gedib həftədə iki saat ingilis dili öyrənir, bir saat da riyaziyyatla məşğul olur və imkandan asılı olaraq həftədə bir-iki dəfə mollanın evinə gedib, dini dərs alır». Bunu AzadlıqRadiosuna Tacikistanın Kamarob kəndinin sakini Dövlətpaşa Əzizova deyir. O bildirir ki, oğlu təyyarəçi olmaq istəyir...

HAKİMİYYƏT NƏYƏ DÖZÜR, NƏYƏ DÖZMÜR?

...Əbu Ömər Əhmədovun Tacikistanın Ponqoz kəndində dini sinifləri var. O islam dəyərlərini, islam etikasının əsaslarını öyrədir. Sinif şagirdlərinin yaşı 8-dən 16-ya kimidir.

Əhmədov deyir: «Valideynlərin çoxu öz uşağını dini sinfə gətirir, ancaq bu o demək deyil ki, onlar uşaqlarının həddən artıq dindar olmasını istəyirlər. Onlar istəyirlər ki, uşaqlarının islam dinindən xəbəri olsun, onlar istəyirlər ki, uşaqları təmiz olsunlar, narkotiklərdən, içkidən uzaq dursunlar».

Mədrəsə diplomlu Əhmədovun dərs deməyə lisenziyası var. Onun dini siniflərinin dərsləri kəndin məscidinin içində keçirilir. Məscidin yerli hakimiyyətdən icazəsi var.

Əhmədovun sinifləri Tacikistan hakimiyyətinin icazə verdiyi islam tədrisinin nümunəsidir. Hakimiyyət yalnız buna icazə verir və islam tədrisinə buracan dözür.
Qeydiyyatda olmayan mədrəsələrlə, dini siniflərlə hakimiyyət barışmaz mübarizə aparır. Belə dini siniflər isə Tacikistanda durmadan artır. Polisin bir neçə günlük reydində bu ayın əvvəlində qeydiyyatsız 7 mədrəsə aşkar olunub.

«Valideynlərin çoxu öz uşağını dini sinfə gətirir, ancaq…»
Qeydiyyatsız mədrəsələr adətən şəxsi evlərdə yerləşir. Burda çox vaxt təhsili olmayan mollalar məktəb yaşlı uşaqlara islamdan dərs deyirlər.

Tacikistanda son illər bağlanan qeydiyytasız məscidlərin sayı yüzlərlədir. Onlarla belə qeydiyyatsız mədrəsə bağlanıb.

ORTA MƏKTƏBLƏRDƏ İSLAM DƏRSİ

Dini ekspert Səidbek Mahmadullayev AzadlıqRadiosuna deyir ki, Tacikistan qanunları dini siniflərə getməyi qadağan etmir.

Ekspertin fikrincə, əgər ölkədə dini təhsilə belə maraq varsa, onda hakimiyyətin ən yaxşı yolu orta məktəblərdə belə dini dərs keçməkdir.

Elə buna görə də Tacikistanın Təhsil Nazirliyi bu yaxınlarda orta məktəbdə keçilməli dərslərin siyahısına yeni fənn salıb – «İslam biliyi».

Ancaq Tacikistanın tanınmış din xadimləri narazıdırlar. Onlar deyirlər ki, həftədə bir dəfə tarix müəlliminin dediyi islam dərsini islam təhsili adlandırmaq olmaz.

KOMPYUTERİ BİLMƏYƏN MOLLA OLA BİLMİR

Tacikistanda qeydiyyatda olan 20 mədrəsə və islam universiteti var. Mədrəsələrdə 3 illik təhsilə ingilis dili və kompyuter kursları da daxildir.

Kənddəki mollalar isə mədrəsələrin sayından narazıdırlar, onlar deyirlər ki, islam təhsilinə artan marağı ödəməyə rəsmi mədrəsələr çox azdır.

Kənd sakini Əzizova AzadlıqRadiosuna deyir ki, kəndlərində qeydiyyatlı mədrəsə olsaydı, oğlunu həmin mədrəsəyə göndərərdi.

Tacikistan hazırda dini baza təhsilinə böyük maraq problemi ilə üz-üzədir. Hakimiyyət mədrəsələrin sayını artırmağa da ehtiyat edir, problemi belə qoya da bilmir.

Azərbaycanda da dinin əsasları uşaqlara tədris olunmalıdırmı? Olunmalıdırsa, necə və harda?

Azərbaycanda Tacikistandan fərqli olaraq orta məktəb təhsilində ayrıca islam fənni yoxdur.

Olmalıdır ya olmamalıdır?
XS
SM
MD
LG