Keçid linkləri

2024, 21 İyul, bazar, Bakı vaxtı 21:44

«Səfurə Əlizadənin səhnə hazırlığı sürpriz olacaq»


Səfurə Əlizadə
Səfurə Əlizadə
«Mahnıda azərbaycanlı ladı olmasa da, Səfurənin ifasında Azərbaycan nəfəsi var».

Xalq artisti Mübariz Tağıyev «İşdən sonra»da Azərbaycanı bu il «Eurovision» müsabiqəsində təmsil edəcək Səfurə Əlizadənin ifa edəcəyi mahnını dəyərləndirərkən belə deyib.

Tağıyev deyir ki, mahnının melodiyasında ürəkaçan bir şey görməsə də, harmoniya və oranjeman gözəldir.

İctimai Televiziyanın İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Tahir Məmmədli isə bildirir ki, Səfurə Əlizadənin müsabiqədəki səhnə hazırlığı Azərbaycan xalqı üçün sürpriz olacaq.

Bəstəkar Gövhər Həsənzadə isə azərbaycanlı ifaçını «yetənəkli birisi» adlandırıb.

BURADAN DİNLƏYİN


XS
SM
MD
LG