Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 12:49

Azərbaycan Səfurə Əlizadənin birinciliyini satın alıb


Səfurə Əlizadənin «Eurovision 2010» Mahnı Müsabiqəsinin səhnəsində ifa edəcəyi «Drip-Drop» mahnısının yeni versiyası hazırlanıb. Mahnının yeni versiyasında Azərbaycanın milli musiqi alətlərindən olan neydən istifadə olunub.

Hazırda Azərbaycan təmsilçisi Səfurə Əlizadə Stokholmda ciddi hazırlıq prosesi keçir. O, yeni albom üzərində işləyir. Alboma daxil olunacaq mahnıların hamısı artıq hazırdır.

Bu arada Türkiyənin «Hürriyət» qəzəti yazır ki, Azərbaycan Avropa Yayım Birliyindən birinciliyi satın alıb. Yəni bu il Səfurə Əlizadənin birinci olacağı artıq indidən bəllidir.

Beynəlxalq yarışmanın Azərbaycan üzrə təşkilatçısı İctimai Televiziya və Radio Yayımları Şurasının təmsilçisi Tahir Məmmədov isə AzadlıqRadiosuna deyib ki, bu cür iddialar əsassızdır və gülüş doğurur.
XS
SM
MD
LG