Keçid linkləri

2017, 25 İyul, çərşənbə axşamı, Bakı vaxtı 10:59

Azərbaycanın «Eurovision-2010» mahnısı seçildi


Bu ilin mayında Olsoda keçiriləcək 55-ci «Eurovision» Mahnı Müsabiqəsində Azərbaycan təmsilçisi Səfurə Əlizadə Stefan Örn və Sandra Bjurmanın «Drip Drop» mahnısını ifa edəcək.

Bu açıqlamanı www.itv.az saytına «Eurovision» müsabiqəsinin Azərbaycan üzrə nümayəndə heyətinin rəhbəri Adil Kərimli verib. Onun sözlərinə görə, «Drip Drop» üç mahnı arasından seçilib.

A.Kərimli bildirib ki, mahnı nümayəndə heyətləri rəhbərlərinin martın 21-22-də Osloda keçiriləcək toplantısında rəsmi olaraq təqdim olunacaq.

Azərbaycan müsabiqənin mayın 27-də keçiriləcək II yarımfinalında finala çıxmaq uğrunda mübarizə aparacaq. Mayın 25-i müsbaiqənin I yarımfinalı, 29-da isə finalı keçiriləcək.

Sənin fikrin

Şərhləri göstər

XS
SM
MD
LG