“Dünya ədəbiyyatı” dərgisinin və Azərbaycan Yazıçılar Birliyi tərcümə seksiyasının “dünya ədəbiyyatından books” seriyasının növbəti – onbeşinci sayı işıq üzü görüb. Bu dəfə oxuculara məşhur Rusiya yazıçısı Andrey Platonovun hekayələri təqdim olunub.
Elçin Hüseynbəylinin tərcümə etdiyi kitaba müəllifin “Fro”, “Üçüncü oğul, “Artyomun anaları” və “Adsız çiçək” hekayələri, yazıçının yaradıcılığı haqqında məlumat və giriş məqaləsi daxildir.
E.Hüseynbəylinin giriş məqaləsdə yazır.
“Andrey Platonov mənimçün dünyanın çox maraqlı və çox çətin tərcümə olunan yazıçısıdır. Andrey Platonovun öz dili var – özünəməxsus dili yox, məhz öz dili. O, sadə xalq dilinə oxşayan BAŞQA BİR RUS DİLİ yaradıb.
Hər cümləsində və sözündə xəfif yumor, istehza (ironiya) duyulur. Bu nəfəsi sona qədər saxlamaq hər adama nəsib olmur. Platonovu Azərbaycan dilinə çevirmək üçün hər iki dili mükəmməl bilmək əsas deyil, əsas odur ki, onun rus dilinə uyğun Azərbaycan dili tapasan.
Şəxsən mən bu dili tapa bilmədim. Yarırealist, yarıromantik, yarıutopik, hətta yarıfantastik hekayə və povestlər yazan Platonov nəinki rus, həm də dünya ədəbiyyatının ən gözəl nasirlərindən biridir, ədəbiyyat faktıdır və böyük üslubçudur.
Ömrünün böyük bir hissəsini süpürgəçi (dvornik) işləməklə keçirən Platonov həm də sehrli yazıçıdır”.
"525-ci qəzet"