Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:17

«Yardım tələbatı ödəmir»


Ümumilikdə, 30 min ədəd dam örtüyünə, 2300 kvadrat şüşəyə, 120 kub taxtaya, 500 ədəd dəmir listə ehtiyac var
Ümumilikdə, 30 min ədəd dam örtüyünə, 2300 kvadrat şüşəyə, 120 kub taxtaya, 500 ədəd dəmir listə ehtiyac var
Təbii fəlakətdən ziyan çəkmiş Astara, Lerik və Yardımlı rayonları üçün nəzərdə tutulmuş ilk yardım yerlərə çatdırılıb.

Yardıma 4 min ədəd dam örtüyü, 50 kubmetr taxta daxildir.

«Yardım tələbatı ödəmir».

Bunu AzadlıqRadiosuna Lerik rayon İcra Hakimiyyəti başçısının birinci müavini Habil Məlikov deyib.

Bu yardımı «Azəraqrar SC» edib. Cəmiyyətin işçiləri də rayondadırlar. Onlar məktəblərdə bərpa işləri aparacaqlar. Yardım təhsil ocaqlarının və inzibati binaların bərpası üçün nəzərdə tutulub.

Azərbaycan Neft Şirkətinin də yardım edəcəyi bildirilir.

Lerik rayonunda 111 məktəb var, 80 məktəbə ziyan dəyib, 20 məktəbin dam örtüyü tamamilə dağılıb.

Habil Məlikov deyir ki, rayonun 600 sakini ziyanla bağlı onlara müraciət edib. Ümumilikdə, 30 min ədəd dam örtüyünə, 2300 kvadrat şüşəyə, 120 kub taxtaya, 500 ədəd dəmir listə ehtiyac var.

Astara rayonunun məktəblərində də bərpa işləri aparılır. Şəhərin 3 və 5 saylı məktəblərində dərs keçirilmir. Şəhər 3 saylı məktəbin dam örtüyü dağıdılıb, binada bərpa işləri aparılır.

Astara və Lerik rayonlarında elektrik xətləri hələ də tam bərpa edilməyib.

Habil Məlikov deyir ki, Lerik rayonun 60 kəndində elektrik enerjisi hələ ki, yoxdur.

Astara Elektrik Stansiyasından da AzadlıqRadiosuna deyiblər ki, şəhərə elektrik enerjisinin verilməsi bərpa edilsə də, kəndlərdə problemlər qalır. Dağ kəndlərin əksəriyyəti işıqsızdır.

Qasırğa təkcə evlərə və binalara ziyan vurmayıb. Qəbiristanlıqlar da ziyan çəkib. Külək Astara şəhər qəbiristanlığında 15 başdaşını sındırıb.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG