Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:06

Türkiyəli deputatlar Şəhidlər Xiyabanını ziyarət etdilər


Türkiyə Böyük Millət Məclisinin üzvləri Şəhidlər Xiyabanını ziyarət ediblər
Türkiyə Böyük Millət Məclisinin üzvləri Şəhidlər Xiyabanını ziyarət ediblər
Oktyabrın 28-də Türkiyə Böyük Millət Məclisinin (TBMM) üzvləri Şəhidlər Xiyabanını ziyarət ediblər.

TBMM xarici işlər komissiyasının sədri Murad Mərcan bildirib ki, onların Azərbaycana səfərə gəldikləri gün Şəhidlər Xiyabanındakı Türk Şəhidliyində bayraqların yenidən dalğalanmasını sevinclə qarşılayıblar.

O, bu gün prezident İlham Əliyevlə görüşdüklərini də açıqlayıb: «Görüşdə Türkiyə - Azərbaycan münasibətlərinə xüsusi önəm verdiyimizi prezidentin diqqətinə bir daha çatdırdıq».

Millət vəkili Türkyi-Ermənistan münasibətlərinə dair protokolların TBMM-də müzakirəsi ilə bağlı tarixin də hələ müəyyənləşmədiyini açıqlayıb. Onun fikrincə, Türkiyə Azərbaycanı üzəcək heç bir addım atmayacaq.

XS
SM
MD
LG