Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:04

«Bayraqların yenidən bərabər dalğalanacağına ümid edirik»


Əhməd Davudoğlu məzarların üzərinə əklil qoyur
Əhməd Davudoğlu məzarların üzərinə əklil qoyur
«İlham Əliyevlə iki dost, qardaş ölkənin rəsmi şəxsləri olaraq görüşdük. Bursada Azərbaycan bayrağı ilə bağlı yaranmış durumla bağlı Türkiyə tərəfin gördüyü hüquqi işlər haqda Azərbaycan prezidentinə bilgi verdik. Türk şəhidlərinin məzarı üzərində dalğalanan Azərbaycan və Türkiyə bayraqları ortaq istiqlalımızın bayraqlarıdır. Onların ən qısa zamanda yenidən bərabər dalğalanacağına ümid edirik».

Türkiyənin Xarici İşlər naziri Əhməd Davudoğlu azərbaycanlı həmkarı Elmar Məmmədyarovla Bakıdakı Şəhidlər Xiyabanında Azərbaycan və Türkiyə şəhidlərinin məzarlarını ziyarətdən sonra belə deyib.

Elmar Məmmədyarov isə bildirib ki, Ə.Davudoğlunun İ.Əliyevlə görüşündə tərəflər arasında yaranan «bayraq problemi» ilə bağlı ortaq məxrəcə gəlinib:

«Biz bir millətin iki dövləti arasında yaranan problemləri, təbii əgər belə problemlər varsa, çözməyə hazırıq».

E.Məmmədyarov jurnalistlərin türk şəhidlərinin məzarı üzərindəki Türkiyə və Azərbaycan bayraqlarının yerinə qaytarılması ilə bağlı suallarına cavab verməyib. Nazir yalnız Türkiyə ilə Azərbaycan arasında dostluq, qardaşlıq münasibətlərinin davam etdiyini bildirib.

XS
SM
MD
LG