Keçid linkləri

2024, 04 Dekabr, çərşənbə, Bakı vaxtı 20:08

Məqalə kürdcəyə niyə çevrilmədi?..


«Məqsədim Türkiyənin ən təsirli qəzetində kürdcə məqalə yazan ilk adam olmaq deyildi»
«Məqsədim Türkiyənin ən təsirli qəzetində kürdcə məqalə yazan ilk adam olmaq deyildi»
27 ildir ki, jurnalistika ilə məşğulam. Və başıma iş həyatımın ən maraqlı «senzura» hadisələrindən gəldi. «Layihə»ni dəstəkləyən həmkarlarımın bu yazını yaxşı oxumalarını tövsiyə edirəm.

İstirahətdən qayıtdım. «Kürdcə» başlığı altında bir məqalə yazdım. Bu gün çıxacaqdı. Məqalə belə başlayırdı: «Bəzilərimiz türk, bəzilərimiz kürd, bəzilərimiz laz, bəzilərimiz çərkəzdir. Yəhudimiz, yunanımız, ermənimiz, rus gəlinlərimiz, alman yeznələrimiz var. Sözü uzatmayaq - bizə «mozaika» desələr də, əslində, biz «mozaika» deyilik; «Əbru»yuq, nəhəng bir ailəyik. Və müştərək bir vətənimiz, ortaq rəsmi dilimiz var: Türkcə. Bizi «biz» edən.

Məqalə belə davam edirdi:

«Dünyaya inteqrasiya olunmuşuq. İngiliscə də öyrənirik, yaponca da. Əlbəttə, ana dilini də, məsələn, kürdcəni də öyrənmək vətəndaşlarımızın ən təbii haqlarıdır. Ancaq bu təbii haqqı «layihə» adı altında «rəsmi dil» halına gətirməyə çalışmaq bizi «biz» olmaqdan çıxarmazmı? «Bizi bizə əcnəbi» vəziyyətinə gətirməzmi? Əgər ikidilli cəmiyyət olsaq - belə olar. Birlikdə yaşamaq istəyən, problemlərini müzakirə edərək çözmək iddiasında olan, ancaq bir-birinin dilindən anlamayan bir toplumu hansı yapışdırıcı bir arada tuta bilər?».

Və məqalə belə bitirdi:

«Türkiyə bu işi silahla bacara bilməyən separatçıların tələsinə düşməməlidir. Qan axmasını dayandırmaq üçün terrorçuya belə mərhəmət göstərilə bilər - baxarsan ki, şirin dil ilanı yuvasından çıxarar. Ancaq fərqli dil, qardaşı qardaşa yad hala gətirər ki, bu da terrordan təhlükəlidir».

Məqalə bu idi. Yaxşı, «senzura» harada idi? Burada.

Yazını köşəmdə kürdcə çap etdirmək istədim. Məqsədim Türkiyənin ən təsirli qəzetində kürdcə məqalə yazan ilk adam olmaq deyildi. Yuxarıdakı sətirləri kürdcə oxuyub anlamayacaqdınız. Bax, məqsədim elə bu idi.

Araya ikinci rəsmi dil girəndə, fərqli etnik qruplara mənsub olan, ancaq türkcə danışaraq, türkcə yazaraq, türkcə oxuyaraq bir-birini başa düşən bir toplumun birdən-birə necə yadlaşdığını görəcəkdik. Bunun isbatı da mənim yazım olacaqdı.

Yaxşı, bəs senzura hardadır? Buyurun.

Kürdcə bilmədiyimə görə, Türkiyə Tərcüməçilər Dərnəyinə müraciət etdim. «Bu yazını kürdcəyə tərcümə etdirmək istəyirəm» - dedim. «Məmnuniyyətlə» - dedilər. İstanbuldakı andlı tərcümə bürosunun telefonlarını verdilər. Zəng etdim – «Məmnuniyyətlə» - dedilər. Kürdcə tərcüməçi tapmaq üçün iki gün vaxt istədilər və tərcümə pulunun 120 dollar olduğunu dedilər. Razılaşdım, faktura almaq üçün məlumatları göndərdim və yazımın kürdcəyə tərcümə edilməsini gözləməyə başladım.

İki gündən sonra Türkiyə Tərcüməçilər Dərnəyindən zəng etdilər. «Kürdcə tərcüməçi tapdıqlarını, hətta 8 tərcüməçiyə müraciət etdiklərini, ancaq 8 tərcüməçinin də bu yazını kürdcəyə tərcümə etmək istəmədiklərini» - dedilər.

Ay Allah, bu necə işdir? Niyə, qardaş?

«Yazının məzmununu məqsədəuyğun bilməyiblər» (Bu adamlar «Andlı tərcüməçi»dirlər -ancaq andları çox əcaibdir. Məzmununu bəyənsələr, tərcümə edirlər, bəyənməsələr - etmirlər. Sanki bunlar tərcüməçi deyil, Senzura Şurasıdır).

Bax, belə. Bizi terror bölə bilməz. Dil bölər. «Cııııırrrttt» - deyə.

Bizi «biz»ə yad edər.

İsbatı da bu yazıdır.
XS
SM
MD
LG