Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:09

Türkiyə Xarici İşlər naziri köşə yazarları ilə görüşüb


Əhməd Davudoğlu
Taha Akyol («Milliyət»)

Gündəlikdəki hərarətli məsələ Ermənistan və Azərbaycandır.

«Türkiyə Ermənistana güzəştə gedib, Azərbaycana xəyanət etdi!».

Bunlar sensasiya xatirinə asanlıqla deyilə biləcək təxribatçı sözlərdir. Türkiyənin Ermənistanla bağlı verdiyi açıqlamalar «unudulmuş Qarabağ problemi»ni yenidən gündəmə gətirdi. Bunu bizimlə söhbətdə Əhməd Davudoğlu da bildirdi. Budur - həm ABŞ, həm də Rusiya Qarabağ probleminin həlli üçün Minsk prosesini sürətləndirdi. Bu, əlbəttə, Azərbaycanın əleyhinədir. Bu yerdə soruşa bilərsiniz ki, bir şey eyni zamanda həm Ermənistanın, həm Azərbaycanın və həm də Türkiyənin xeyrinə ola bilərmi? Üstəlik, həm Amerika, həm Rusiya Qarabağ münaqişəsinin həllini istəyə bilərmi?

Ancaq məsələyə «Qafqazda sabitlik və təhlükəsizlik» prizmasından baxsaq, bu aktyorların bir-birinə zidd maraqlarından daha çox onların müştərək mənafelərini «bütöv tablo»da aydın sezmək olar. Qafqaz problemlərinin həlli üçün «uzun, incə bir yol» açıla bilər.

Məsələyə «Böyük tablo»dan baxsaq, Türkiyə xarici siyasəti doğru yoldadır.

Sami Kohen («Milliyət»)

Xarici İşlər nazirinin dediklərindən anlayırıq ki, Türkiyə diplomatiyası Qafqazda, Orta Şərqdə, Asiyada «proaktiv» yanaşmanı davam etdirməkdə qərarlıdır. Ankara Qafqazdakı proseslərə geniş çərçivədən baxır. Ermənistan ilə yaxınlaşma illərdən bəri uzanan Minsk prosesini sürətləndirib. Bu məsələdə Türkiyə diplomatiyası ABŞ və Rusiya da daxil olmaqla maraqlı bütün tərəflərlə sıx əlaqədədir. Bu çərçivədə yaxın gələcəkdə bəzi addımların atılması və beləliklə, «normallaşma prosesi» ilə «Qarabağ prosesi»nin paralel irəliləməsi gözlənilir.

Cengiz Çandar («Radikal»)

Görüşdə Avropa Birliyindən başqa haqqında ən çox danışılan məsələ Qafqaz problemi idi. Ə.Davutoğlunun Vaşinqtonda Hillari Klinton ilə görüşündə gündəmin başında Qafqaz yer tutacaq. Xarici İşlər naziri dedi ki,Türkiyənin Qafqaza yanaşmasında Orta Şərqə dair prinsiplər keçərlidir. Orta Şərqdə yüksələn bu «hərəkət xətti»nin Qafqazda hansı nəticə verəcəyini və ya bir nəticə verib-verməyəcəyini yaxın dövrdə görəcəyik. Bu yerdə Ə.Davutoğlunu «optimist» gördüyümüzü qeyd etməklə kifayətlənək.

Ə.Davutoğlunu təxminən 3 saat dinlədik... O, münaqişələri həll etməkdən çox «proseslər»in üzərində durdu. XİN rəhbəri Türkiyənin Azərbaycanı itirə bilməyəcəyindən danışdı. Ancaq Ermənistan ilə normallaşma prosesinin davam edəcəyini deyəndə də, çox vaxt bir-birinə paralel aparılmalı olan «proses»lərin ayaqda tutulmasının önəmini vurğuladı.

İsmail Küçükkaya («Akşam»)

Nazirdən öyrəndik ki, Türkiyə Ermənistanla münasibətlərini normallaşdırmaq üçün səylərini davam etdirəcək. İmkan daxilində bu prosesə Azərbaycanı da qatmağa çalışacaqlar. Ə.Davutoğlu deyir ki, Azərbaycanla Türkiyənin yaxın münasibəti Qərb üçün də vacibdir, enerji təhlükəsizliyi nöqteyi-nəzərindən Bakı çox mühüm rol oynayır. İndi diplomatlar Azərbaycanın xatirinə dəymədən, Yerevanı qane, Qərbi isə məmnun edəcək bir formul üzərində işləyirlər. Bu çətin teoremin necə həll ediləcəyini diplomatik məharətlər göstərəcək. Ancaq Ankara bu istiqamətdə iradə nümayiş etdirəcək - bu, qətidir.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG