Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:11

Yerevanda xarici işlər nazirinin istefasını tələb edirlər


Ermənistan Xarici İşlər naziri Eduard Nalbandyan
Ermənistan Xarici İşlər naziri Eduard Nalbandyan
Daşnaksütun Partiyası Ermənistanın Xarici İşlər Naziri Eduard Nalbandyanın istefasını tələb edir. Partiyadan bildiriblər ki, Prezident Serj Sarkisyanın da Dağlıq Qarabağla bağlı danışıqlarda mövqeyindən narazıdırlar, amma hələ ki prezidentin istefasını tələb eləmirlər.

Daşnaksütün Partiyasından deyiblər ki, iyulun 16-da Yerevanda, Ermənistan Xarici İşlər nazirliyinin qarşısında Nalbandyanın istefası tələbiylə aksiyalara başlayacaqlar.

Daşnaksütun partiyası ötən həftə Qarabağ ermənilərinin narahatlıqlarını Ermənistan hakimiyyətinə çatdırmaq məqsədilə işğal olunan Xankəndində müzakirələr keçiridi. Həmin müzakirələrin nəticəsində qəbul olunan yükun sənəddə Ermənistan rəsmilərini Dağlıq Qarabağın gələcək statusu müəyyənləşdirilmədən hər hansı sülh sazişini imzalamamağa və Qarabağı erməni icmasının da danışıqlarda tərəf kimi təmsil olunmasına çalışmağa çağırmışdılar.

Daşnaksütun partiyasının xarici siyasət məsələri üzrə sözçüsü Giro Maniyan Azadlıq Radiosunun Erməni xidmətinə bildirib ki, Ermənistan Qarabağ ermənilərinin danışıqlarda tərəf kimi iştirakını təmin eləməklə daha ədalətli və hər kəs tərəfindən qəbul edilən süilh sazişiniin imzalanmasına nail ola bilər.
XS
SM
MD
LG