Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 15:33

«Dünya Bankı Azərbaycana güzəştə getməyib»


Dünya Bankının Bakı bürosunun rəhbəri Qreqori Yedjeycak
Dünya Bankının Bakı bürosunun rəhbəri Qreqori Yedjeycak
«Dünya Bankının Azərbaycan hökumətinə xüsusi münasibətinin olmasını demək məntiqsizidir, bankın hesabatları tam obyektivdir». Bunu «Azadlıq» radiosuna müsahibəsində Dünya Bankının Bakı bürosunun rəhbəri Qreqori Yedjeycak deyib.

Keçən ilin axırında Dünya Bankı hesabat yaymışdı ki, Azərbaycan biznes mühitini yaxşılaşdırmaq istiqamətində 66 pillə irəliləyib, 33 yerə çıxıb. O vaxt yerli, müstəqil ekspertlər deyirdilər ki, Dünya Bankının bu hesabatı obyektiv deyil, Azərbaycan hökumətinin bu istiqamətdə bir uğuru var, o da vahid pəncərə sistemini yaratmağıdır, bu göstərici isə 66 pilləni birdən qalxmağa bəs eləməz. Yedjeycak isə deyir ki, Dünya Bankının burada bir marağı ola bilməzdi:

«Azərbaycan 10 ballıq şkalanın 7-8-ə cavab verir. Axı nə üçün Dünya Bankı Azərbaycana xüsusi münasibət göstərməlidir? Azərbaycan layiq olduğu yerdədir».
Amma iqtisadçı ekspert Qubad İbadoğlu deyirdi ki, ölkədə biznes mühiti yaxşılaşsaydı, onda iqtisadi azadlıq və korrupsiya indeksləri də yaxşılaşmalıydı. Halbuki, Azərbaycanın korrupsiya reytinqi getdikcə aşağı düşür.

Yerli ekspertlərin belə bir ehtimalı da var ki, Dünya Bankı indi Azərbaycanın kommersiya tərəfdarlarından biridir, üstəlik, Dünya Bankı Azərbaycanın neft pullarını da idarə edir, ona görə də Bank hökumətə güzəştə gedir. Qqreqori Yedjeycak isə deyir ki, o, bu cür fikirlərə kədərlənir:

«Biz fikirləri səsləndirənlər zəng vurub məndən soruşsaydılar ki, sizin idarənizdə hökumətin nə qədər pulu var, mən deyərdim ki, 100 milyon dollar, amma bu pul sizin üçün, mənim üçün böyük məbləğ ola bilər, Dünya Bankı üçün bu, kiçik məbləğdir. Üstəlik, biz buradan mənfəət əldə etmirik, çünki Milli Banka və Dövlət Neft Fonduna bu vəsaiti idarə etməyi öyrədirik, treninq keçirik. Bir beynəlxalq və ictimai maliyyə qurumu kimi bu, bizim borcumuzdur».

Dünya Bankının ölkə direktorundan soruşanda ki, o, doğrudan da inanır ki, Azərbaycanda biznes mühiti yaxşıdır, Yedjeycak dedi ki, Azərbaycanda mühit Sinqapurda, Honkonq, Danimarka kimi deyil, dünyanın heç yerində işadamları hər şeydən razı qalmırlar, amma o, deyir ki, hökumət doğrudan da biznes mühitini yaxşılaşdırmaq üçün işlər görüb. Müstəqil ekspertlər isə deyirlər ki, «Barmek», «Fond-Metal» kimi şirkətlərin ölkədən getməsi onu göstərir ki, biznes mühiti ilə bağlı problemlər hələ çoxdur. Bundan başqa keçən il «Heritege» Fondu Azərbaycanı iqtisadi azadlıq indeksinə görə 107-ci yerdə göstərmişdi.

Azərbaycanda Dünya Bankının ölkə direktoru isə qlobal maliyyə böhranı ilə bağlı da nikbindir, Qreqori Yedjeycak deyir ki, Azərbaycanda yaşayanlar qlobal maliyyə böhranını yaxın bir ildə ciddi hiss etməyəcəklər, çünki Dövlət Neft Fondu Təhlükəsizlik yastığı rolu oynayacaq. Amma böhran bir neçə il davam eləsə, vəziyyət dəyişəcək, dövlət investisiya layihələri üçün maliyyə problemi yaranacaq.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG