Keçid linkləri

2024, 21 May, çərşənbə axşamı, Bakı vaxtı 08:34

«Rusiya Qarabağ məsələsində çox yardımçı oldu»


Mətyu Brayza deyir ki, 2008-cu ilin sonu həm də Dağlıq Qarabağ danışıqlarının güclənməsi ilə yadda qalıb
Mətyu Brayza deyir ki, 2008-cu ilin sonu həm də Dağlıq Qarabağ danışıqlarının güclənməsi ilə yadda qalıb
«Rusiyanın Gürcüstanda oynadığı rol neqativ olsa da, mən demək istərdim ki, Dağlıq Qarabağ məsələsində yüz faiz bunun əksini görürük». ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Mətyu Brayza «Azadlıq» radiosuna müsahibəsində belə deyib:
«Rusiyanın Xarici İşlər naziri Lavrov, onun müavini Karasin, mənim həmkarım Merzlyakov, onların hamısı bu məsələdə yaradıcı, konstruktiv və kömək etmək niyyəti göstərirlər. Prezident Medvedevin noyabrın 2-də keçirdiyi görüş çox faydalı oldu. Mən ədalətli olmaq istəyirəm. Rusiya kömək etmək istəməyəndə biz bunu olduğu kimi deməliyik. Amma Rusiya Qarabağ məsələsində çox yardımçı oldu».
Amma həmsədr hesab edir ki, bu, o demək deyil ki, Rusiyanın bölgədə nüfuzu artıb:
«Qarabağda Rusiya maraqları heç artmayıb».
Mətyu Brayza deyir ki, Rusiya prezidentinin həmsədrlərin də iştirakı ilə keçirdiyi görüş müsbət qiymətləndirilsə də, bu, Moskvanın mövqelərinin güclənməsi demək deyil. O, bölgədə rus sülhməramlı qüvvələrinin yerləşdirilə biləcəyi ilə bağlı ehtimalı tamamilə inkar edir:
«Dağlıq Qarabağda sülhməramlı qüvvələrin hansı ölkəyə aid olacağı barədə heç bir razılaşma yoxdur. İllər boyu Azərbaycanın mövqeyi Rusiya sülhməramlılarının əleyhinə olub. Bu sahədə istənilən addım hər iki tərəflə razılaşdırılmalıdır. Əgər kimsə Azərbaycanın bu sahədə mövqeyinin dəyişdiyini deyirsə, bu, tamamilə yeni bir şeydir. Azərbaycan öz qərarını özü qəbul edəcək. Hələ ki, hansı sülhməramlıların olacağı barədə heç bir razılaşma yoxdur».
Mətyu Brayza deyir ki, 2008-cu ilin sonu həm də Dağlıq Qarabağ danışıqlarının güclənməsi ilə yadda qalıb.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG