Milli Təhlükəsizlik, Ədliyyə nazirlikləri və digər orqanlardan daxil olan sorğular nəticəsində ali məktəblərə qanunsuz tələbə qəbulu faktları üzə çıxıb. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının Mətbuat Xidmətinin rəhbəri Elnur Nağızadənin sözlərinə görə, bu, sentyabr ayından bəri göndərilən sorğuların nəticəsidir:
«Ayrı-ayrı dövlət orqanları TQDK-ya sorğu göndərərək gənc kadrların ali təhsil almaları faktını müəyyən edən arayışlar tələb edir. Bu zaman məlum olur ki, həmin şəxslərin adları ali məktəblərə qəbul olunanların siyahısında yoxdur».
TQDK-dan «Azadlıq» radiosuna verilən məlumata görə, özəl universitetlərdən Azərbaycan Beynəlxalq Universitetinə 118, dövlət universitetlərindən Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasına 21, Dövlət İqtisad Universitetinə 6, Azərbaycan Texniki Universitetinə isə 2 nəfər qanunsuz tələbə qəbul edilib.