Keçid linkləri

Təcili xəbərlər
2023, 07 Dekabr, Cümə axşamı, Bakı vaxtı 11:52

«Azadlıq» bloku MTRŞ-ın bəyanatını pisləyir


AXCP sədri Əli Kərimli
AXCP sədri Əli Kərimli
Üç partiyanın birləşdiyi «Azadlıq» siyasi bloku Milli Televiziya və Radio Şurasının (MTRŞ) xarici radiostansiyaların yerli dalğada yayımının dayandırılacağına dair bəyanatını pisləyib. Bloka daxil olan AXCP-nin sədri Əli Kərimli deyir ki, bu hadisə uzun müddət ölkədə mətbuata qarşı aparılan dövlət siyasətinin davamıdır:
«Azərbaycan hakimiyyəti düşünür ki, dünyanın ən nüfuzlu KİV-lərinin də ölkədə fəaliyyətini dayandıra bilər. Heç olmasa, indi Azərbaycan və dünya ictimaiyyəti baş verənlərə adekvat reaksiya verməlidir. Azərbaycan hakimiyyətindən nəinki bu radiolardan əl çəkməsi, ümumiyyətlə azad sözün normal fəaliyyətinə imkan yaratması qəti şəkildə tələb olunmalıdır».
MTRŞ bildirir ki, gələn ildən «Azadlıq», «Amerikanın səsi» və BBC radiolarının FM tezliyində yayımı dayandırılacaq. Bu barədə qərar Şuranın gələn aykı iclasında verilməlidir.

Mərkəzi qərargahı Nyu-Yorkda yerləşən Jurnalistləri Müdafiə Komitəsi də bu hadisəni neqativ hal kimi dəyərləndirir.

«Sərhədsiz Reportyorlar» təşkilatı isə prezident İlham Əliyevə məktubla müraciətində MTRŞ-ın planlarına müdaxilə etməyi xahiş edir.
XS
SM
MD
LG