Keçid linkləri

2025, 20 İyun, Cümə, Bakı vaxtı 04:24

Vəhhabilərlə silahlı toqquşma olub


Hüquq-mühafizə orqanlarının rəhbərləri hadisə yerindədir
Hüquq-mühafizə orqanlarının rəhbərləri hadisə yerindədir
Hüquq-mühafizə orqanları Qusar rayonu ərazisində sələfilərə (vəhhabilərə) qarşı əməliyyat keçiriblər. Əməliyyatda Daxili Qoşunların bir əsgəri öldürülüb.

Qusar rayon Prokurorluğundan məlumatı təsdiqləyiblər, ancaq ətraflı məlumat verilməyib. Hüquq-mühafizə orqanlarının rəhbərləri hadisə yerindədir.

«Trend» agentliyinin məlumatına görə, Qusarın Dağıstanla həmsərhəd Həzrə kəndi yaxınlığında Azərbaycana qanunsuz keçmək istəyən vəhhabilərlə sərhədçilər arasında silahlı insident olub.
XS
SM
MD
LG