YAYIM CƏDVƏLİ
17:05 - 18:00
İşdən sonra - Azərbaycanda insan haqları. Tomas Hammarberqin müşahidələri
«Turan» informasiya agentliyinin direktoru Mehman Əliyev Tomas Hammarberqin Azərbaycanda insan haqlarına dair hesabatına münasibətini bildirir. Verilişdə parlamentin İnsan haqları komitəsinin üzvü, deputat Yevda Abraamovun da fikirlərini eşidə bilərsiniz.
Aparıcı
18:05 - 19:00
İşdən sonra - Əsgər faciəsi...
«Doktrina» Hərbi Araşdırmalar Mərkəzinin rəhbəri Cəsur Sümərinli, Silahlı Qüvvələrə Demokratik Vətəndaş Nəzarəti Azərbaycan Mərkəzinin direktoru Ələkbər Məmmədov və Silahlı Qüvvələrə İctimai Nəzarət Birliyinin sədri Emin Həsənli son vaxtlar orduda ölüm hallarının sayının artmasını müzakirə edirlər.
Aparıcı