Xeyriyyə yarmarkasında: 'Böhran dövrüdür, ancaq yenə pis deyil...'

«Öncəki tədbirdə bir gündə 500 manatlıq satış olmuşdu. İndi lap azdır».

«Bu toxumalar 3 manatdan 10 manata qədərdir. Suvenirlər 2-5 manatadır. Toxunma sini 50-60 manatdır, çünki buna çox əmək sərf olunub. Hamısını öz uşaqlarımız hazırlayıb».

3 saylı internat məktəbinin əməkdaşı Vüsalə Kərimova şagirdlərin əl işlərini alıcılara təqdim etdikcə, «bunların hamısını uşaqlar özləri hazırlayıb, alsanız, yardım etmiş olarsınız» deyir. Bu son cümlə köşkün qarşısından laqeyd keçəni də ayaq saxlamağa məcbur edir. Onlardan biri də Samirə Məmmədovadır. Gənc qadın deyir, xeyriyyə işlərində elə də fəal deyil. Ancaq biləndə ki, satışa çıxarılan əşyaları lal-kar uşaqlar hazırlayıb, yardımdan vaz keçməyib:

Sizin brauzer HTML5-i dəstəkləmir

Vüsalə Kərimova: 'Öncə şagirdlərin əl işlərini satışa çıxarmışıq'

BAXIB KEÇƏN DƏ VAR, ALAN DA

«18 manata bu pişik fiqurunu aldım. Uşaqların əziyyətidir. Bu satılanların uşaq evlərinə aid olduğunu bilmirdim. Biləndə aldım. Deyim ki, xeyriyyə tədbirlərində çox iştirak edirəm, yox, elə deyil. Ancaq uşaqlara aid olandan kənarda qala bilmərəm».

Buna da bax:​ Facebook-un sahibi 45 milyard dollarını xeyriyyəyə verir

Bakının mərkəzindəki xeyriyyə yarmarkasında qələbəlikdir. Təşkilatçılar deyir, uşaq evlərinin, ayrı-ayrı qurumların məhsullarının satışından yığılan yardım internat evlərinə çatacaq. Yarmarkanın keçirildiyi yerdə bəzədilmiş yolka, Yeni ilə aid oyuncaqlar, bəzəklər buranı daha cəlbedici edir. Baxanlar daha çox olsa da, alanlar da var:

- İmkan, pul gəldi-gedərdir. Onunla hörmət, şərəf qazanmaq olmur. Kiminsə könlünü xoş edirəmsə, kimisə sevindirə bilirəmsə, bu mənə bəsdir.

- Həm qəşəngdir, həm də uşaqlara kömək olsun deyə, aldım. Məncə yardım edəndə cib boşalmır, əksinə, əvəzi gəlir.

Yeni ilə aid oyuncaqlar.

- Hər şey uşaqlardan ötrüdür. Böhran dövrüdür, ancaq yenə pis deyil, heç olmasa, yardım edənlər tapılır.

SATIŞ AZDIR

Vüsalə Kərimova deyir ki, onlar öncə də şagirdlərin əl işlərini satışa çıxarıblar. Ancaq onda daha çox gəlir əldə ediblərmiş: «Düzdür, yarmarka təzə başlayıb. Ancaq bir gündə 200 manatdan çox satış olub. Çox azdır. Öncəki tədbirdə bir gündə 500 manatlıq satış olmuşdu. İndi lap azdır. Bunu devalvasiya ilə əlaqələndirərdim. Uşaqların əməyinə gəlincə, bu əl işləri 8-11-ci sinif şagirdlərinindir. Bu satış- sərgilərlə uşaqlara yardım edirik. Bizim şagirdlər valideynləri olan lal-kar uşaqlardır. Şagird hazırlayır, valideyni də bizə satış qiymətini deyir. Biz də həmin qiymətə satış edirik. Gəliri də uşağa, ailəsinə veririk. Gəlir uşağın nə qədər iş görməyindən asılıdır. Sapı bizə Təhsil Nazirliyi verir. Xammalı şagirdlərə veririk ki, istədikləri qədər toxuya bilsinlər. Onlar da hazırlayırlar. Elə uşaq var ki, beş toxuma ayaqqabı, eləsi var, birini hazırlayır. Bu, həmin uşağın əl qabiliyyətindən asılıdır. Bacarıqlı uşaqlardır. Necə deyərlər, Allah bir tərəfdən kəsəndə, bir tərəfdən verir. Bu işləri, adətən, tərbiyə saatlarında hazırlayırlar».

Buna da bax:​ Xeyriyyəyə pul verdi, 3-cü yeri itirdi

Vüsalə Kərimova deyir ki, sonrakı günlərdə 5-ci sinif şagirdlərinin çəkdikləri rəsmləri də satışa çıxaracaqlar.

UCUZ ƏŞYALARI ALIRLAR

Sizin brauzer HTML5-i dəstəkləmir

Aynurə: 'İmkan daxilində papaqlar, əlcəklər toxuyuram ki, uşaqlara kömək edə bilim'

28 yaşlı Aynurə toxumayla məşğuldur. Deyir, çətinliklər ucbatından pulla nəsə ala bilmir. Əvəzində nəsə toxuyub yarmarkaya gətirib ki, satılsa, uşaqlara göndərsin: «Əlimdən gələni eləməyə hazıram. İmkan daxilində papaqlar, əlcəklər toxuyuram ki, uşaqlara kömək edə bilim».

Xeyriyyə yarmarkası

Satıcı Nigar Əkbərova deyir ki, daha çox ucuz əşyalar alınır: «Builki alıcılar arasında ərəblər, İrandan olan turistlər çoxdur. Kiçik şeylər, 4-5 manatlıq nələrsə alırlar. Pul daxılına da 5-10 manat atanlar var».

YARDIM EDƏNLƏR DAHA ÇOX SADƏ ADAMLARDIR

Buna da bax:​ Azərbaycanda xeyriyyəçi niyə belə azdır?

Sizin brauzer HTML5-i dəstəkləmir

Nigar Əkbərova: 'Kiçik şeylər, 4-5 manatlıq nələrsə alırlar. Pul daxılına da 5-10 manat atanlar var'

Son vaxtlar Azərbaycanda sosial şəbəkələrdə də imkansızlara yardım aksiyaları keçirilir. Bloqqer Dəyanət Babayev iki ildir sosial şəbəkədə bu cür xeyriyyə işləriylə məşğuldur. O, ehtiyacı olanların durumu haqda yazır, yardım etmək istəyənlərə həmin adamın hesab nömrəsini paylaşır, ya da birbaşa əlaqə nömrəsinə yönləndirir: «Çox vaxt özləriylə əlaqə saxlayırlar. Sonra bu haqda mənə də yazırlar. Elə yardım edən var ki, heç adının hallanmasını istəmir. İki il öncəylə müqayisədə işsizlikdən, devalvasiyadan sonra indi sosial durum çox çətindir. Ancaq yenə əl uzadanlar var. Bu günlərdə Şamaxıdan bir ailə müraciət eləmişdi. Ailənin 6 uşaq var, 4-ü məktəblidir. Yeməkdən, puldan çox uşaqlara geyim istəyirdilər. Paylaşdım, iki günə xeyli geyim yığıldı. Hətta bir nəfər paltaryuyan maşın almağa pul yardımı da eləmişdi. Durumu daha ağır ailələr haqda paylaşıram. Bəzən kömək edənlər olur, bəzən olmur».

Sizin brauzer HTML5-i dəstəkləmir

Dəyanət Babayev: 'Yenə də daha çox sadə insanlar yardım əlini uzadır'

Dəyanət Babayev deyir, son dövrün iqtisadi böhranından dolayı kömək arzusunda olanlar azalsa da, yenə də daha çox sadə insanlar yardım əlini uzadır.

Buna da bax:

Sizin brauzer HTML5-i dəstəkləmir

Uşaqların əl işləri xeyriyyə üçün satılır

Sizin brauzer HTML5-i dəstəkləmir

Kasıblar Biləcəridən pulsuz ərzaq, paltar götürə bilər