Keçid linkləri

2024, 19 May, bazar, Bakı vaxtı 18:43

Xeyriyyəyə pul verdi, 3-cü yeri itirdi


 Warren Buffet (solda) və Bill Gates
Warren Buffet (solda) və Bill Gates

Dünyanın ən varlı adamları siyahısında 3-cü yer amerikalı maliyyəşi W.Buffetdən Amazon internet satış şəbəkəsinin yaradıcısı J.Bezosa keçib.

Bunu yazan Bloomberg bildirir ki, Buffetin 3-cü yeri itirməsinə səbəb onun xeyriyyəyə xərclədiyi pullardır. Təkcə bu ilin iyulunda Buffet xeyriyyəyə 2,9 milyard dollar verib. Bunun 2,2 milyardı Melinda və Bill Gateslərin xeyrriyyə fonduna köçürülüb.

Buffetin 65 milyardı, Bezosun 65,7 milyard dolları var.

Bloomberg-in Milyarderlər İndeksi adlanan siyahısına görə, dünyanın ən varlı adamı Microsoft şirkətinin yaradıcısı Bill Gates-dir. Onun sərvəti 89 milyard dollardır. İkinci yerdə Zara kimi brendlərin sahibi olan İnditex şirkətinin yaradıcısı ispaniyalı Amansio Ortegadır. Onun 73 milyardı var.

Dünyanın 400 ən varlı adamı iyun ayında - Britaniyanın Avropa Birliyindən çıxmağa "hə" deməsi ilə 127 milyard dollar itirdi.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG