Keçid linkləri

2024, 19 May, bazar, Bakı vaxtı 20:14

Azərbaycanda xeyriyyəçi niyə belə azdır?


Köçkün evi
Köçkün evi

Sahibkar və iqtisadçı alim Nazim Bəydəmirli hesab edir ki, xeyriyyəçilik üçün iqtisadi əsas olmalıdır və bunun üçün sosial fondlar yaradılmalıdır:

“Əslində xeyriyyəçilik çox yaxşıdır. Amma bunun üçün iqtisadi əsas olmalıdır. Müxtəlif xeyriyyə fondları yaradılmalıdır ki, bu da ictimai nəzarətdə olsun. Dövlətdən kənar ictimaiyyətin özünün bir xeyriyyəçilik anlayışı aşılansın. Təsadüfi deyil ki, ictimai xadimlərə, müxtəlif vəzifə daşıyıcılarına bu və ya digər formada müavinətlər çox olur. Baxmayaraq ki, bizim konstitusiyada sosial dövlət anlayışı yazılıb, təəssüflər olsun ki, dövlət nə təhsillə bağlı, nə səhiyyə ilə bağlı, nə sosial müavinətlə bağlı boynuna götürdüyü öhdəlikləri yerinə yetirə bilmir.

Büdcə vasitəsi ilə hamının minimum yaşayış şəraitini təmin etmək üçün imkan yoxdur. Ona görə də KİV-də çox tez-tez rast gəlirik ki, hətta imtiyazlı şəxslər belə, Qarabağ əlilləri, şəhid ailələri, digər imtiyazlı şəxslər belə adicə məişət problemləri ilə bağlı intihara əl atırlar. Intiharlar getdikcə çoxalır. Bu ilin ilk 6 ayında maddi sıxıntılarla bağlı, hüquqsuzluqla bağlı 300-dən çox intihar hadisəsi baş verib.

Nazim Bəydəmirli :"Varlı ölkə kimi görünsək də..."
Gözlə

No media source currently available

0:00 0:04:18 0:00
Direct-ə keçid

Varlı ölkə kimi görünsək də küçələrdə dilənçi səviyyəsində çoxlu insanlar görürük. Yaşlı insanların dərman almaq üçün müraciət etmələri, müxtəlif yerlərdə orqanlarını satan, böyrəyini satan insanların elanlarına rast gəlirik. Bu əslində bizə, sosial dövlətə, Azərbaycanın imicinə çox pis təsir edir. Sosial şəbəkələrdə bunun şahidi oluruq.

Yaxşı olardı ki, qurumlar olsun, yardımsevərlər insanlar o fondlara vəsait köçürsünlər, vəsaitlər şəffaf xərclənsin, ictimaiyyətə hesabatlar verilsin. Çox təssüf edirəm ki, dövlət bunu stimulə etmir. əvvəllər xeyriyyəçiliklə məşğul olan şirkətlərin müxtəlif vergi və rüsumlardan azad olma faktları olub. Ancaq bundan çox sui istifadələrə yol verilib. Bunları çox ciddi müzakirə edib qərar qəbul etmək olar. Ancaq dövlət burda iştirakı hansısa yolla stimullaşdırmalıdır. Elə məmurlar, deputatlar, vəzifəli şəxslər görürük ki, əslində büdcə oğrusudur, bu və ya digər formada ictimai vəsaitləri mənimsəyir, ancaq təəssüflər olsun ki, xeyriyyəçilik adı altında kimlərəsə maddi yardım edir və bunu televiziya ekranlarında reklam edirlər.

Xeyriyyəçilik edən adam cəmiyyətdə nüfuzlu şəxs olmalıdır. Yəni onun hər hansı bir ictimai vəsaitin oğurlanmasında, dövlət büdcəsindən vəsaitlərin talanmasında iştirakı varsa həmin adamdan nəyi isə qəbul etmək özü bir qəbahətdir. Buna ictimai qınaq olmalıdır.”

XEYRİYYƏ DƏ İNHİSARDADIR

Natiq Cəfərli
Natiq Cəfərli

İqtisadçı ekspert Natiq Cəfərli isə hesab edir ki, Azərbaycanda xeyriyyəçilikdə inhisara alınıb. Xeyriyyəçiliyin inkişaf etməsi üçünsə normal biznes şəraiti yaradılmalıdır:

“Bütün ölkələrdə xeyriyyəçiliyə ehtiyac var. Inkişaf səviyyəsindən asılı olmayaraq. Məsələn dünyanın ən inkişaf etmiş ölkələrindən biri olan ABŞ-da xeyriyyəçiliyə hər il 100 milyardlarla vəsait xərclənir. Bunun dəyəri odur ki, təşviq proqramları var. Bir çox ölkələrdə xeyriyyəçiliklə məşğul olan şirkətlər və şəxslər müəyyən dərəcədə vergilərdən azad olunurlar. Və müsbət imicə malik olurlar.Bu müsbət imic onlara daha çox gəlir gətirməyə təşviq edir. Azərbaycanda isə bu yoxdur. Yəni normal biznes şəraiti olmadığı üçün xeyriyyəçiliklə bağlı müəyyən problemlər var. Xeyriyyəçilik demək olar ki, inhisara alınıb. Az sayda hakimiyyətdə olan insanlar xeyriyyəçiliklə məşğul olmağa nəsiblənib.

Normal biznes şəraiti olmadığından biznesin marağı yoxdur ki, xeyriyyəçilikdə aktiv iştirak etsin. Təşviq proqramları, vergi güşəştləri yoxdur. Bunun üçün biznes mühiti yaxşılaşdırılmalı, rəqabətli mühit yaradılmalı, həm də şirkətlərdə maraq yaradılmalıdır ki, xeyriyyəçiliklə məşğul olsunlar”.

SOSİAL MƏSULİYYƏT

İqtisadçı ekspert Vüqar Bayramovun fikrincə ilk növbədə korporativ sosial məsuliyyət olmalıdır:

Vüqar Bayramov
Vüqar Bayramov

“Apardığımız araşdırmalar göstərir ki, bu gün Azərbaycan biznesində və cəmiyyətində çatışmayan cəhətlərdən biri korporativ sosial məsuliyyətin inkişaf etməməsidir. Biznes vı adi insanlar bu məsuliyyət inkişaf etmədiyi üçün daha çox gəlir əldə etməyə çalışırlar. Halbuki onların əldə etdiyi gəlir cəmiyyətin hesabına formalaşır. Onlar qazandıqlarına, varlandıqlarına görə cəmiyyətə minnətdar olmalıdırlar. Amma çox təəssüf ki, korporativ sosial məsuliyyət, xeyriyyəçilik Azərbaycanda çox zəif inkişaf edib.

Apardığımız araşdırmalar onu da göstərir ki, xeyriyyəçiliklə məşğul olan insanların məqsədi xeyriyyəçilikdən daha çox özünü reklam etməkdən ibarətdir. Praktik olaraq ölkədə xeyriyyəçiliyə çox az vəsait ayrılır. Bu da ölkədə xeyriyyəçilik ənənəsinin formalaşmamasından xəbər verir. Şirkətlərin və fondların xeyriyyəçiliyindən daha çox cəmiyyətdə insanların xeyriyyəçi olmasına ehtiyac var. Amma təəssüf olsun ki, iş adamlarında, imkanlı şəxslərdə belə xeyriyyəçilik müşahidə edilmir. Bu ənənənin formalaşmaması Azərbayncanda xeyriyyəçilik institutunun inkişafına imkan yaratmır.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG