Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 02:49

►Kadırov Fondu yoxsul suriyalılara 120 ton yemək paylayacaq

Çeçenistanın indi rəhbəri Ramzan Kadırovun atası Axmat Kadırovun adını daşıyan xeyriyyə fondu Ramazan ayında Suriyanın müxtəlif əyalətlərində 120 ton yemək paylamağı planlaşdırır.

Fondun vitse-prezidenti Ziyad Sabsabinin sözlərinə görə, artıq Dəməşqin yoxsul rayonlarının sakinlərinə gündə 20 min iftar və 5 min səhər yeməyi paylanır.

Sabsabi əlavə edib ki, xeyriyyə aksiyasının döyüş nöqtələrində də keçirilməsi planlaşdırılır. Latakiya və Homsda da humanitar yardım paylanacaq.

Sabsabi həmçinin qeyd edib ki, fondun Suriydakı bütün fəaliyyəti Suriya və Rusiyanın XİN-ləri, habelə Rusiyanın Dəməşqdəki səfirliyi tərəfindən koordinasiya edilir.

Yeməklərin paylanması işində artıq 250 könüllü iştirak edir. Sabsabinin sözlərinə görə, onların arasında Suriyanın bütün siyasi partiyalarını təmsil edən insanlar var. Könüllülərin əksəriyyəti ali məktəb tələbələridir. Zəruri ərzaq və istifadə olunan qablaşdırma Suriya ərazisində istehsal olunur və satın alınır.

Sabsabi qeyd edib ki, bundan başqa Suriyanın müxtəlif şəhərlərindən olan 150 xəstə kimsəsiz uşağın müalicəsi planlaşdırılır. "Biz qaçqınların toplaşdığı yerlərdə tibb məntəqələri açmağı planlaşdırırıq. Burada uşaqları müayinə etmək və qadınlara məsləhət vermək mümkün olacaq," deyə fondun vitse-prezidenti bildirib.

Suriya prezidenti Bəşər Əsədə müxalif qüvvələrsə bildirirlər ki, hökumət qüvvələri və onlara havadan dəstək verən Rusiya təyyarələri Ramazan ayında da cəza əməliyyatları keçirməkdədirlər.

DINLƏ: Günün əsas hadisələri Azadlıq Radiosunda (21 iyun)

Harda açılıb o 1,5 milyon iş yeri?

BAX: Günün əsas hadisələri Azadlıq Radiosunun TV proqramında (21 iyun)

Savchenko İlham Əliyevə çağırış etdi

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG