Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 09:53

"Xeyriyyəyə inanmıram, həmrəyliyə inanıram"


Eduardo Galeano, 2011
Eduardo Galeano, 2011

-

Uruqvaylı yazıçı Eduardo Galeano'nun seçmə fikirləri

- Divarlar kasıbın nəşriyyatıdır.

- Yaddaş - mənim zəhərim, mənim yeməyim.

- Futbol - müharibəyə metaforadır.

- Biz dünyanın nə olacağını bilməsək də, onun gələcəkdə nə olmasını arzulaya bilərik. Arzulamaq haqqı BMT-nin 1948-ci ilin sonunda tanıdığı 30 insan haqqının içində yox idi. Amma arzulamaq haqqı olmadan, onun verdiyi içməli su olmadan, başqa haqlarımız susuzluqdan ölə bilər.

- Yazıçının məqsədi bizə görmək üçün kömək etməkdir.

- Mənim qitəmdə kasıblığın qətlə yetirdiyi insanlar gizlincə ölürlər: hər il bir-birinə pərçimlənmiş dişlərdən bizim icmalarda səssiz-səmirsiz üç Hirosima bombası partlayır.

- Dünyanın ən yaxşı cəhəti içində çoxlu dünyalar ehtiva etməsidir.

- Mən xeyriyyəyə inanmıram, həmrəyliyə inanıram. Xeyriyyə şaqulidir, yuxarıdan aşağı yönəlib, Həmrəylik üfüqidir, o, başqa insana hörmətlə yanaşır. Başqa insanlardan öyrənəcəyim çox şeylər var.

- Kitab canlı olanda sən bunu hiss edirsən. Ona qulağını dayayırsan, nəfəsini duyursan, gülüşünü eşidirsən, bəzən də o, ağlayır, eynilə insan kimi, kiçik bir insan kimi.

- Bir çox kiçik adamların kiçik yerlərdə etdiyi kiçik şeylər dünyanı dəyişdirə bilər.

- Xeyirin Şərə qarşı savaşında ölən həmişə insanlar olur, özü də kasıb insanlar.

- Biz nə ediriksə oyuq, xüsusən indi olduğumuzu dəyişdirmək üçün nə ediriksə oyuq.

- Məktəblər biganəlik öyrədir.

- Əgər təbiət bank olsaydı, onu artıq xilas etmişdilər.

- Tarix fakültəsinin tələbəsi olanda mənə tarixi mumiya muzeyinə səfər, yaxud ölülər diyarına səyahət kimi öyrətdilər. İyirmi yaşımı keçəndən sonra anladım, tarix sakit deyil, tarix lal deyil, tarix heç vaxt "əlvida" demir, o, gedəndə "görüşərik" deyir.

XS
SM
MD
LG