Elnur Nağızadə ilə bağlı cinayət işi dayandırılıb

Elnur Nağızadə

Tələbə Qəbulu üzrə Dövlət Komitəsinin haqqında qiyabi həbs qərarı verilən keçmiş mətbuat katibi Elnur Nağızadə barəsində qaldırılmış cinayət işinin istintaqı dayandırılıb.

APA xəbər verir ki, ölkədən qaçdığına görə, E. Nağızadə barəsində beynəlxalq axtarış elan edilib. Axtarış boyunca, cinayət işi üzrə istintaq dayandırılıb.

İndiyədək 3 nəfər sabiq məmurdan şikayətçi olub. Bakı sakinləri Vüsal İbrahimov və Zaur Əsgərov hüquq-mühafizə orqanlarına bildirmişdilər ki, ötən ilin avqustunda E. Nağızadəyə işə düzəlmək məqsədilə 150 min ABŞ dolları veriblər. Digər şikayətçi Malik Şükürov isə E.Nağızadəyə işə düzəlməkdən ötrü 45 min dollar verməsini iddia edir.

Buna da bax:​ TQDK sədri E. Nağızadə haqda nə dedi

Ancaq demələrinə görə, nə deyilən işə düzəliblər, nə də pulları qaytarılıb. Şikayət əsasında Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində CM-nin 178.3.2-ci (dələduzluq) və 308-ci (vəzifə səlahiyyətlərini aşma) maddələri ilə iş açmışdı. E.Nağızadə haqqında qiyabi həbs qərar verilmişdi.

Keçmiş mətbuat katibinin əmisi isə jurnalistlərə bildirmişdi ki, qardaşı oğluna böhtan atılır. Əmisinin deməsinə görə, E.Nağızadənin günahı yoxdur, sadəcə, onu ölkədən didərgin salıblar.

Buna da bax: ​Elnur Nağızadəyə qiyabi həbs

Oktyabrın 20-si 170 minlik qalmaqalda ittiham edilən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin keçmiş Aparat rəhbəri Səfər İmanov barəsində də olan cinayət işinin icraatının dayandırılması ilə də bağlı xəbərlər yayılıb.

S.İmanovun ölkədən qaçdığına görə axtarışa verildiyi, iş üzrə icraatın bununla əlaqədar dayandırıldığı bildirilir.