Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 02:23

-

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) keçmiş mətbuat katibi Elnur Nağızadə barəsində qiyabi həbs qərarı verilib. “Report”un xəbərinə görə, həbs qətimkan tədbirinin seçilməməsinə səbəb E.Nağızadənin Azərbaycanda olmaması göstərilib.

Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində E.Nağızadəyə qarşı şikayətə görə, Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq), 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 320.1-ci (rəsmi sənədləri saxtalaşdırma) maddələri ilə iş başlanmışdı.

Bir müddət öncə, Bakı sakinləri Vüsal İbrahimov və Zaur Əsgərov 2015-ci ilin avqust ayında Elnur Nağızadəyə işə düzəlmək məqsədilə 150 min ABŞ dolları verdiklərini bildirərək hüquq mühafizə qurumlarına şikayət etmişdi. Onlar işlə təmin olunmadıqlarını və pullarını geri ala bilmədiklərini iddia edirdilər.

Ancaq Elnur Nağızadə mətbuata açıqlanmasında şikayəti əsasız sayaraq ona böhtan atıldığını bildirirdi.

Bu günlər, oxşar iddia Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin keçmiş Aparat rəhbərinə qarşı da səslənib

Günün bütün mövzuları

XS
SM
MD
LG