Çoxları yaxşı ssenari əsasında çəkilmiş filmin avtomatik yaxşı olduğunu düşünür. Bu çox zaman belə olsa da, bəzən yaxşı ssenarilər uğursuz filmlərə çevrilir.
Bunun müxtəlif səbəbləri ola bilər. Studiyanın ssenariyə müdaxiləsi, keyfiyyətsiz aktyor oyunu, pis rejissor işi kimi amillər ssenarinin gözəl tərəflərinə kölgələyə, filmin ümumi səviyyəsini aşağı sala bilər. cbr.com bu və ya digər səbəbdən orijinal ssenari qədər uğurlu ola bilməmiş bir neçə filmi nümunə göstərib.
"Frankenstein"
Frenk Darabont Meri Şellinin "Frankenstein" əsəri əsasında ssenari yazıb və onu "yazdığım ən yaxşı ssenari", onun əsasında çəkilmiş filmi isə "gördüyüm ən pis film" adlandırıb. Səbəbi isə budur ki, "Frankenstein"ı Darabontun özü çəkməyib. Filmin rejissoru eyni zamanda baş rolu ifa edən Kennet Branadır. Brana ilə Darabontun filmlə bağlı baxışının fərqli olduğu aydın görünür. Nəticədə tənqidçilərin çoxu, o cümlədən Darabontun özü filmi bəyənməyib.
Buna da bax:
Film üçün düzgün aktyorları necə seçməli"Assassins"
"The Matrix" filmi ilə məşhurlaşmalarından dörd il öncə Vaçovskilər "Assassins" filminin ssenarisini satıblar. Baş rollarını Silvester Stallone və Antonio Banderasın oynadığı bu film orijinal ssenaridən çox fərqli alınıb. Ssenari filmdən qat-qat daha qara tonlarda yazılıb, özü də simvolizmlə doludur.
Məsələ burasındadır ki, filmi çəkmək "Superman"in rejissoru Riçard Donnerə tapşırılan kimi o, Brayan Helqelenddən ssenarini tamamilə yenidən yazmasını istəyib. Məqsədsə filmi meynstrim auditoriya üçün daha sadə hala salmaq idi. Film orijinal ssenaridən o qədər fərqlidir ki, Vaçovskilər adlarını bu layihədən sildirməyə belə cəhd ediblər. (Ancaq alınmayıb).
"8mm"
Devid Finçerin "Se7en" filminin böyük uğur qazanmasından sonra filmin ssenari müəllifi Endrü Kevin Uoker tezliklə növbəti ssenarisini də satıb. "8mm" filmi zəngin bir qadının ərinin qətlini araşdırmalı olan özəl detektiv haqdadır.
Filmin rejissorluğu "Batman Forever" filmini çəkən Coel Şumaxerə həvalə edilir, o da ssenarinin xeyli hissəsini yenidən yazdırır. Uokerin "Se7en"dən sonra yazdığı ssenari əsasında çəkilən filmi görmək istəyən çox olsa da, ssenariyə edilən müdaxilələr, əsasən, mənfi rəylərlə nəticələnib.
Buna da bax:
Ən uzunömürlü teleseriallar"X-Men: The Last Stand"
Həm Saymon Kinberq, həm də Zak Penn bir çox uğurlu ssenariyə imza atıb. Onların "X-Men: The Last Stand" filmindəki əməkdaşlığı da yaxşı ssenari ilə nəticələnib. Ancaq bu ssenarinin ən böyük qüsuru odur ki, 104 dəqiqəlik filmə çoxlu informasiya yerləşdirməyə çalışılıb. Filmin özününsə bundan da böyük qüsurları var. Brett Ratnerin ortaya qoyduğu zəif rejissor işi filmin keyfiyyətinə ciddi təsir edib.
"Natural Born Killers"
"Natural Born Killers" Kventin Tarantinonun yazdığı, lakin çəkmədiyi filmdir. O, ssenarini prodüserlər Ceyn Hemşer və Dom Mörfiyə satıb. Onlar da öz növbələrində onu "Warner Bros."a satıblar. Son nəticədə filmi Oliver Stoun çəkib. Eyni zamanda, studiya filmin ssenarisində ciddi dəyişikliklər edib. Ssenari Tarantinonun özünün belə tanıya bilməyəcəyi hala salınıb.
Tarantino açıq şəkildə filmdən imtina edib. Hərçənd filmi bəyənən fanatlar çox olub. İşin yaxşı tərəfi isə Tarantinonun bu ssenarinin satışından əldə etdiyi pulla özünün rejissor dueti olan "Reservoir Dogs"u çəkməsidir.
Buna da bax:
Uğurlu kinorejissor necə olmalıdır"Unbroken"
Koen qardaşlarının yazdığı ssenarinin maraqsız filmə çevrilə biləcəyini düşünmək çətindir. Ancaq filmin rejissorluğunu onların etməməsi faktı çox şeyi izah edir.
Filmi Ancelina Coli çəkib. O, daha öncə uğurlu filmlər çəkmiş olsa da, "Unbroken" həm sönük alınıb, həm də ssenarinin keyfiyyətini ekrana daşıya bilməyib.
"Caligula"
Milli kitab mükafatı laureatı Qor Vidalın yazdığı ssenari və baş rolların güclü aktyorlara tapşırılması "Caligula" filminin uğurlu olacağını vəd edirdi. Ancaq rəylər mənfi oldu. Siyasi satira və ssenarinin digər maraqlı tərəfləri seks səhnələrin kölgəsində qaldı.