Təbiəti gözəl, yolu bərbad, məktəbi yox... [Video]

Sizin brauzer HTML5-i dəstəkləmir

Kəlfərəc kəndinin dağılmış məktəbi

İsmayıllının Kəlfərəc kəndində cəmi 90 nəfər yaşayır.

Kənd camaatı ilə hal-əhval tutub, Kəlfərəcin problemləri haqda soruşsan, ürəkləri boşalanacan danışacaqlar. Ən ağrılı yerləri də məktəbdir.

Kənd camaatı kənddə həkimin olmadığından da gileylidir. Deyirlər ki, bir xəstələri düşsə aləm bir-birinə dəyir.

Kimi atın belində, kimi də əlində kəndin başından su daşıyır. Kəndin digər problemi də susuzluqdur.

Kənd camaatının dolanışığı əsasən ev təsərrüfatı, bostançılıqldır. Yerli sakinlər deyirlər ki, kənddə işlisizlik baş alıb gedir.

Buna da bax: Şamaxı rayonunda Xeybəri sakinləri kömək istəyir

Kəlfərəc kəndi rayon mərkəzindən 29 kilometr aralıda yerləşir. İcra nümayəndəsi Xəyal Salmanov deyir ki, kənddə cəmi 11 nəfər şagird var. Bu qədər şagird üçün ayrıca məktəb tikintisinə ehtiyac yoxdur:

Xəyal Salmanov deyir ki, 2018-ci ilin sonlarına kimi kəndin su və qaz probleminin həlli nəzərdə tutulub.

O ki, qaldı işsizliklə bağlı problemə, Xəyal Salamanov deyir ki, əhalidən bu yaxınlarda arıçılıq və meyvə qurudulması ilə bağlı təkliflər alıblar. İcra hakimiyyəti torpaq ayrılması və digər məsləhətlər üçün əlindən gələn yardımı etməyə hazırdır. Amma yerli təsərrüfatın inkişafı üçün hər hansı maddi yardım edə bilmirlər.

Kəlfərəc sakinləri isə deyir ki, bu problemlər ucbatından əhali yavaş-yavaş kəndi tərk edir.

Buna da bax: Cəhbə bölgəsində yaşayanların gözləri yoldadır