'Əliyevə bu gün simpatiya var, sabah münasibət dəyişə bilər' - Bakı səfərləri

Sizin brauzer HTML5-i dəstəkləmir

Xəzər Tədqiqat və Analiz Mərkəzi Azərbaycan-Avropa münasibətlərini təhlil edərək bildirir ki, hazırkı beynəlxalq şərait Bakı üçün əlverişli görünsə də, bu, aldadıcı ola bilər. ABŞ və Avropa arasındakı fikir ayrılıqları hazırda Əliyevə geniş manevr imkanları yaradır. Lakin ekspertlər xəbərdarlıq edir: Avropa İttifaqı daxilində güc balansı dəyişərsə, Azərbaycanın bu kəskin siyasəti ölkəni "belaruslaşma" təhlükəsi ilə üz-üzə qoya bilər. Belə olan halda, hazırda Qərbin "simpatik tərəfdaşı" kimi görünən Əliyevin statusu gələcəkdə Lukaşenko səviyyəsinə düşə bilər.