Ermənistan 10 ilə Avropa İttifaqının üzvü olacaq?
Sizin brauzer HTML5-i dəstəkləmir
Keçmiş diplomat Nahid Cəfərov yaxın perspektivdə Ermənistanın Avropa İttifaqına üzv olmaq ehtimalını aşağı qiymətləndirir: "Paşinyanın Rusiyadan asılılığı aradan qaldırmaq siyasətinə baxdıqda görürük ki, əsas alternativlər Azərbaycan və Türkiyədir. Ermənistan rəhbərliyi məhz bu iki dövlətlə iqtisadi əlaqələri inkişaf etdirərək çoxşaxəli iqtisadi zona yaratmaq istəyir. Lakin Ermənistan tərəfindən baxanda bu alternativlərin özü də o qədər ürəkaçan deyil. Çünki nə Azərbaycan, nə də Türkiyə Avropa İttifaqı ilə sıx inteqrasiyaya isti baxan dövlətlər deyillər".