ABŞ Belarusdakı kimi Azərbaycanda da məhbusları buraxdıra bilərmi? – Çağırış

Sizin brauzer HTML5-i dəstəkləmir

Bir neçə ABŞ senatoru Tramp administrasiyasını çağırıb ki, Belarusda olduğu kimi, Azərbaycanda da siyasi məhbus sayılan şəxslərin azadlığına nail olsun. Üç senatorun ABŞ dövlət katibi M.Rubioya göndərdiyi məktubda deyilir ki, Azərbaycanda qanunsuz həbslər aparılır və onlar bu sahədə lazımi hüquqi prosedurların təmin edilməməsindən narahatdırlar. Senatorlar hesab edirlər ki, siyasi məhbus sayılan şəxslərin azadlığa buraxılması ABŞ və Azərbaycan arasında strateji tərəfdaşlığın şərti kimi irəli sürülməlidir.