Keçid linkləri

2026, 30 Sentyabr, çərşənbə, Bakı vaxtı 10:49

Tramp Con Koulu girovların işi üzrə səfir postuna namizəd göstərib

BŞ-nin Belarus üzrə elçisi Con Koul
BŞ-nin Belarus üzrə elçisi Con Koul

Ağ ev ABŞ-nin Belarus elçisi Con Koulun səfir statusu ilə girovların işi üzrə xüsusi nümayəndə təyin olunmasını təklif edib. Koulun adı Donald Tramp administrasiyasının Senata göndərdiyi dövlət vəzifələrinə təyinatlar siyahısında yer alıb.

Daha əvvəl "The Atlantic" nəşrinə danışan mənbələr Trampın bəzi rusiyalı siyasi məhbusların azad olunması qarşılığında Rusiyaya qarşı Amerika sanksiyalarının yumşaldılması ideyasına müsbət yanaşdığını bildirmişdilər. Nəşrin məlumatına görə, ABŞ prezidentinə bu təkliflə məhz Koul müraciət edib. Ağ ev Amerika prezidentinin bu ideyanı bəyəndiyi barədə məlumatı rəsmi olaraq təsdiqləməyib.

C.Koul Aleksandr Lukaşenko ilə birbaşa əlaqə qura bilib və eyni sxemlə yüzlərlə belaruslu siyasi məhbusun azadlığına nail olub. Sentyabrda onun Lukaşenko ilə apardığı növbəti danışıqlardan sonra siyasi səbəblərlə məhkum edilmiş 25 nəfər ölkədən çıxarılıb.

Bunun qarşılığında Birləşmiş Ştatlar bir sıra Belarus müəssisəsinə qarşı sanksiyaları ləğv edib.

AzadlıqRadiosuna müsahibə verən Koul oktyabrda Minskə yenidən səfər etmək niyyətində olduğunu bildirib. "Əgər Lukaşenko məhbusları sanksiyaların yumşaldılmasına dəyişirsə, bu, məni qane edir", –o vurğulayıb.

​
XS
SM
MD
LG