Martın 6-da neftin qiyməti 2020-ci ilin yazında COVID‑19 pandemiyasından bəri ən böyük həftəlik artımı yaşayıb.
Bu həftə "Brent" nefti 23 faiz bahalanıb. "Qərbi Texas" neftinin qiymətində isə 29 faizə yaxın artım baş verib.
Cümə günü "Brent" neftinin bareli 89.21 dollara, "Qərbi Texas" nefti isə 86.13 dollara yüksəlib.
Qətərin energetika naziri "The Financial Times" qəzetinə deyib ki, Körfəzdəki enerji istehsalçılarının bir neçə həftəyə ixracı dayandıracağını gözləyir, bu isə neftin barelini 150 dollaradək qaldıra bilər.
ABŞ və İsrail fevralın 28-də İrana zərbələr endirməyə başlayandan neft sürətlə bahalanmağa başlayıb. Tehran zərbələrə cavab olaraq Hörmüz boğazından keçən tankerləri dayandırıb. Bu boğazdan dünyada tələb olunan neftin təxminən 20 faizi keçir.
Hörmüz artıq 7 gündür bağlıdır bu isə təxminən 140 milyon barel neftin bazarlara çatmaması deməkdir.