Hörmüz böhranı: ABŞ-İran atəşkəsi tab gətirəcəkmi?
Sizin brauzer HTML5-i dəstəkləmir
Hörmüz boğazına nəzarət uğrunda ABŞ və İran arasında kəskinləşən mübarizə aprelin 8-də əldə edilmiş atəşkəsin pozulması və genişmiqyaslı hərbi əməliyyatların bərpası riskini artırıb.
Siyasi şərhçi Ərəstun Oruclunun fikrincə, tərəflərin yenidən irimiqyaslı müharibəyə başlamaq üçün nə kifayət qədər resursu, nə də motivasiyası var. Ekspert xəbərdarlıq edir ki, hazırkı mərhələdə müharibə başlayarsa, bu, hər iki tərəf üçün daha ağır nəticələrlə yekunlaşa bilər: "Bu, təkcə İran üçün deyil, ilk növbədə ABŞ və İsrail üçün də belədir".