Bu gün Trump Ər-Riyadda çıxış edəcək

Donald Trump Ər-Riyadda müsəlman ölkələrin regional sammitində çıxış edəcək.

ABŞ prezidenti Donald Trump mayın 21-də Ər-Riyadda müsəlman ölkələrin regional sammitində çıxış edəcək. Səudiyyə Ərəbistanında keçirilən sammitə onlarla lider qatılır.

Sammitdə Səudiyyə kralı Salman-la yanaşı 50-dən çox lider iştirak edir.

Buna da bax:​ Donald Truma Səudiyyə Ərəbistanın ali ordeni verildi

Gözlənir ki, Trump ekstremizm və dözümsüzlüklə mübarizədə vahid mövqe sərgiləməyə çağıracaq. “Associated Press” xəbər agentliyi nitqin mətnini əldə edib.

Bu çıxış ABŞ prezidentinin ilk xarici səfərinin əsas məqamı sayılır və diqqətlə izlənəcək. Çünki prezident kampaniyası dövründə Trump müsəlmanlara qarşı çıxışlarıyla diqqət çəkib. O, daha sonra 7 müsəlman ölkəsindən gələnlərin ölkəsinə girişinə müvəqqəti qadağa qoymağa çalışıb, amma alınmayıb. Səudiyyə Ərəbistanı həmin siyahıya daxil deyil.

Buna da bax:​ Trump-ın üzündən 35 milyard dollar itirdilər

Gözlənir ki, Trump bugünkü çıxışında müsəlman dünyasında radikallığa qarşı mübarizədə birliyə çağıracaq. Nitqdə “radikal islamçı terror” sözlərinin olmadığı bildirilir.