Keçid linkləri

2024, 16 May, Cümə axşamı, Bakı vaxtı 20:51

Trump-ın üzündən 35 milyard dollar itirdilər


Dünyanın varlıları
Dünyanın varlıları

Çərşənbə günü dünyanın ən zəngin 500 nəfəri 35 milyard dollar itirib. «Bloomberg» Milyarderlər İndeksinin məlumatına görə, səbəb ABŞ-dakı siyasi çaxnaşma üzündən qlobal fond birjalarının da silkələnməsidir.

MİLYARDLAR ƏLDƏN GEDİR

86.8 milyard dollarla dünyanın ən zəngini sayılan Bill Gates 1 milyard dollar itirib. Onun ən böyük holdinqi olan «Microsoft Corp.»un səhmləri son bir il ərzində ən böyük dəyərsizləşməyə məruz qalıb, 2.8 faiz ucuzlaşıb.

«Amazon.com Inc.»in həmtəsisçisi Jeff Bezos 1.7 milyard dollar itirəndən sonra 3-cü yerə yuvarlanıb, şirkətin səhmləri 2.2 faiz düşüb.

İspaniyalı maqnat, «Zara» holdinqinin sahibi Amancio Ortega isə 355 milyon dollar itirərək 83.2 milyard dollarla ikinci yerdə qərarlaşıb.

ABŞ-da siyasi çaxnaşmanı yaradan prezident Donald Trump-ın Rusiyayla əlaqələrinin araşdırılması, onun Federal Təhqiqatlar Bürosunun rəhbəri James Comey-i işdən çıxarmasıdır.

BİRJALARDA ƏN BÖYÜK DÜŞÜŞ

ABŞ birjasında sentyabrdan bəri ən böyük düşüş qeydə alınıb. «Nasdaq Composit» 2.6 faizlə birinci yerdə gəlir. «MSCI All-Country World Index» 1.2 faiz azalıb, bank səhmləri də böyük təsirə məruz qalıb. «Bank of America» 5.9 faiz itki verib.

«Facebook Inc.»in təsisçisi Mark Zuckerberg ən böyük zərbəni «yeyib». Sosial media nəhənginin səhmləri 3.3 faiz ucuzlaşdığından 2 milyard dollar itirib. Zuckerberg 62.3 milyard dollarla dünyada beşinci varlı şəxsdir.

ABŞ prezidenti postuna gəlmiş ilk milyarder olaraq Trump-ın 3 milyard dolları var, amma «Bloomberg»in indeksində adı yoxdur. Bu indeks gündəlik olaraq dünyanın 500 ən zəngininin reytinqini hazırlayır. Bu 500 nəfərin toplam 4.9 trilyon dolları var və bu sərvət 2017-ci ildə 455 milyard dollar artıb.

XS
SM
MD
LG